Accessibility links

Abşeronda şiələr yerli ziyarətgahların ətrafında cəmləşir


Abşeronda şiələr yerli ziyarətgahların ətrafında cəmləşir

Abşeronda şiələr yerli ziyarətgahların ətrafında cəmləşir

Abşeronda dindarların çoxu yalnız məscidlərə deyil, müqəddəs pirlərə də getməyi vacib sayırlar. Ən tanınmış və sanballı pirlərdən biri Şüvəlan qəsəbəsindəki Mir Mövsüm Ağanın ziyarətgahıdır. Digər müqəddəs yer Buzovnadakı Əli ayağıdır.

Turan Agentliyi “Vikiliks” saytının açıqladığı sənədlərə istinadən Abşeron qəsəbəsində dindarların vəziyyətindən yazıb. Məlumatda deyilir ki, 2008-ci il avqustun 17-də ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Ders bu yaşayış məntəqələrində vəziyyətlə bağlı hesabat hazırlayaraq Vaşinqtona göndərib. Konservativ kiçik ada icmaları ölkə hakimiyyətinin nəzarətində olan Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) skeptik yanaşır. Enn Ders Bakı kəndlərini belə xarakterizə edir. Azərbaycanda əksər adamlar kimi şiələr də yerli ziyarətgahların ətrafında cəmləşir. Qum şəhərində bir neçə il təhsil alan dini liderlər daha savadlıdır, nəinki hakimiyyətin təyin etdiyi din xadimləri. Bu qəsəbələrdə İranın təsiri güclüdür. Eyni zamanda dindarların çoxu yalnız məscidlərə deyil, müqəddəs pirlərə də getməyi vacib sayırlar. Ən tanınmış və sanballı pirlərdən biri Şüvəlan qəsəbəsindəki Mir Mövsüm Ağanın ziyarətgahıdır. Digər müqəddəs yer Buzovnadakı Əli ayağıdır. Din xadimləri ilə söhbətindən bəhs edən Ders bildirir ki, onların hamısı islamın rolunun və nüfuzunun artmasından, dindarların mövqeyinin güclənməsindən danışırlar. Onların çoxu inanır ki, 2008-ci il prezident seçkiləri zamanı islamçıların mövqeyi güclənəcək. Zabrat qəsəbəsində dini liderlərdən biri bildirib ki, hakimiyyət islamın təsirinin artmasına yol verməmək üçün dindarlarla iqtidar arasında münaqişəni şüni şəkildə şişirdir. O, bu siyasətə misal olaraq Nardaran qəsəbəsində baş verənləri göstərib. Bu qəsəbədə ənənələr və şiələrin təsiri digərlərində olduğundan çox güclüdür. Hakimiyyət uzun illərdir ki, onun üçün başağrısı olan Nardaran probleminin həllinə açar tapa bilmir.
Səfir öz şərhində qeyd edir ki, həmin qəsəbələrdə İran təsiri kənardan az hiss olunur, lakin təsir var və o, əsasən görünməyən və ya gizli dini şəbəkənin olmasında özünü göstərir. 24 avqust tarixli digər teleqramda da həmin mövzuya toxunulur. Səfir Qafqaz Müsəlmanları İdarəsini (QMİ) və onun liderini qiymətləndirir. Hesabat hökumət tərəfindən islama nəzarət üçün yaradılmış bu qurumun qərəzsiz qiymətləndirilməsi ilə başlayır. İmam vəzifəsinə təyin etmə və bu sahədə təhsil çarizm və sovet erasından qalma yanaşmadır. Onun lideri şeyx Allahşükür Paşazadəyə gəlincə, ölkə dindarları onu az dəstəkləyir, onu və ətrafını az savadlı və korrupsiyaya uğramış hesab edirlər. Şeyx özünü Azərbaycan ənənələrinin müdafiəçisi kimi təqdim edir, dözümlülük atmosferi yaradır, digər konfessiyaların liderləri ilə yaxşı münasibətlər qurur. Lakin onun biznes fəaliyyəti, məsələn, Həcc ziyarətinin təşkilindən pul yığması, ianə yığımı, dəfnlərin təşkili və s. müsəlmanlar arasında onun nüfuzuna xələl gətirir. Bu cür vəziyyət dini vakuum yaradır və növbəti illərdə ölkə hakimiyyətinə problemlər yarada biləcək alternativ dini qüvvələrə yol açır. Şeyx özü etnik talışdır, xaricdə təhsil alıb. Gənc yaşlarından Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik edir. Bəziləri onun DTK polkovniki olduğunu bildirir. Şeyxin siyasi uzun ömürlülüyünün əsas səbəbi hakimiyyətə yaxın olmasıdır. Lakin bəzi fikirlərə görə, o, öz biznesindən Prezident Administrasiyasına pay verir. Enn Ders öz şərhində yazır ki, bu cür vəziyyət gənc dindarları QMİ-dən çəkindirir ki, bu da radikalizmə marağın güclənməsinə səbəb ola bilər. Siyasətin və iqtisadiyyatın demonopolizasiyası Azərbaycanda dini duruma da yaxşı təsir göstərə bilər.

XS
SM
MD
LG