Accessibility links

Azərbaycanda insan alverinə qarşı “Mavi Ürək” kampaniyası başlanıb


Azərbaycanda insan alverinə qarşı “Mavi Ürək” kampaniyası başlanıb
Azərbaycanda insan alverinə qarşı “Mavi Ürək” kampaniyası başlanıb

Azərbaycanda insan alveri qurbanlarının 90 faizə qədəri cinsi istismara məruz qalan qadınladır

Azərbaycanda insan alverinə qarşı “Mavi Ürək” kampaniyası başlanıb

Azərbaycanda 23 avqust - İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə günü münasibəti ilə “Mavi ürək” və “Mavi lent” kampaniyasının başlandığı elan edilib. Mübarizə kampaniyası “Təmiz Dünya” Qadınlara İctimai Yardım Birliyi tərəfindən başlanıb. Kampaniyaya çoxsaylı qeyri-hökumət təşkilatları və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi qoşulub. Kampaniyanın bir illik ictimai səfiri deputat Rəfael Cəbrayılovdur.
“Mavi ürək”çilər kölgədə qalmış insan alveri cinayətlərini aşkarlayacaq, insan alveri qurbanlarına dəstək verəcək, ictimaiyyətin diqqətini buna yönəldəcək.
”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, insan alveri mütəşəkkil cinayətkarlıqdır və bu cinayət ölkələr üçün təhlükə yaradır. “Bu səbəbdən də Azərbaycan BMT-nin apardığı kampaniyaya qoşulub”.

Deputat Rəfael Cəbrayılov deyib ki, BMT-nin hesablamalarına görə insan alveri qara bazarının illik dövriyyəsi 20 milyard dollara bərabərdir. “Dünyada insan alveri qurbanlarının 80 faizi qadınlar, 50 faizi uşaq və yeniyetmələrdir”.

Cənab Cəbrayılovun dediyinə görə, Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı dövlət proqramı var və milli koordinator ildə bir dəfə parlament qarşısında hesabat verir. “2009-cu ildə Azərbaycanda insan alveri üzrə 71 cinayət faktı qeydə alınıb. Bu cinayətlər üzrə 65 şəxs, 18 cinayətkar qrup və 1 mütəşəkkil cinayətkar dəstə müəyyən edilib. 749 qadın fahişəliklə məşğul olduğuna görə inzibati qaydada cəzalandırılıb”, deyə deputat məlumat verib.

Daxili İşlər nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə idarəsinin əməkdaşı Araz Babayev isə bu ilin 7 ayında insan alveri üzrə 57 cinayət faktı olduğunu deyib. “Bu faktlar üzrə 25 şəxs cinayət məsuliyyətinə cəlb edilib. 27 insan alveri qurbanı müəyyən edilib. Onlardan 17-si sığınacağa yerləşdirilib, 21 nəfər peşə kurslarına göndərilib, 5 nəfər işlə təmin edilib”.

Cənab Babayevin dediyinə görə, Azərbaycanda insan alveri qurbanlarının 90 faizə qədəri cinsi istismara məruz qalan qadınladır. “Onlar müxtəlif yollarla aldadılaraq xaricə aparılır və orada istismara məruz qalır”.

XS
SM
MD
LG