Accessibility links

Kampaniya çərçivəsində internetdə ifadə azadlığı, hamı üçün internet, provayderlərin dövlət nəzarətindən çıxarılması və başqa mövzularda tədbirlər nəzərdə tutulub.

Azərbaycanda İnternet azadlığı uğrunda kampaniya başlayıb. Kampaniya BMT-nin İnternet idarəçiliyi ilə bağlı növbəti dünya konfransının Azərbaycanda keçirilməsi ilə bağlıdır.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Azərbaycanda virtual informasiyaya qadağa yoxdur. “Eyni zamanda siyasi idarəetmə metodundan şikayətlənən sosial şəbəkələrin fəal iştirakçıları həbs olunur”.

Bundan əlavə, ölkə regionlarında fiberoptik kabelin istismara verilməsi yubadılır, İnternet provayderlərinin xidmət haqqı paytaxtda olduğundan bahadır. “Biz hakimiyyətin diqqətini bu sektordakı ədalətsizliyə yönəltmək istəyirık və ümid edirik ki, beynəlxalq qurumların vasitəçiliyi ilə o, bizi eşidəcək”, -cənab Hacılı bildirib.

Kampaniya çərçivəsində internetdə ifadə azadlığı, hamı üçün internet, provayderlərin dövlət nəzarətindən çıxarılması, azad internet biznesi, bölgələrlə paytaxt arasında fərqin aradan qaldırılması və başqa mövzularda tədbirlər nəzərdə tutulub. Eyni zamanda, hökumət təkliflər paketi təqdim ediləcək.

XS
SM
MD
LG