Accessibility links

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir


Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Sovet rejiminin sərt davranışına, çoxsaylı insanı həbs etməsinə, Bakıda fövqəladə vəziyyət elan etməsinə baxmayaraq xalq hərəkatı yeni vüsət alıb. 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyi elan edilib.

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. 1988-ci il noyabrın 17-də Bakıda hazırki “Azadlıq” meydanında Azərbaycanın suverenliyinin pozulmasıns etinasızlıq göstərdiyinə görə respublika və keçmiş SSRİ hökumətlərinə qarşı etiraz əlaməti olaraq fasiləsiz mitinq başlayıb. Mitinq sonradan xalq hərəkatına çevrilib və ilk olaraq meydanda müstəqil Azərbaycanın hazıki üçrəngli bayrağı qaldırılıb.

Dekabrın 4-dən 5-nə keçən gecə hakimiyyət üçhəftəlik fasiləsiz mitinqin iştirakçılarına qarşı cəza əməliyyatı keçirib və nəticədə onlarla insan yaralanıb, bir nəfər isə həlak olub. Bununla yanaşı, həmin noyabrın sonları dekabrın əvvəllərində Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlı öz doğma yurdlarından deportasiya edilib.

Sovet rejiminin sərt davranışına, çoxsaylı insanı həbs etməsinə, Bakıda fövqəladə vəziyyət elan etməsinə baxmayaraq xalq hərəkatı yeni vüsət alıb.

Beləliklə, meydan hərəkatı 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyinin elan edilməsi ilə başa çatıb. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd edilir.

XS
SM
MD
LG