Accessibility links

Azərbaycanda minimum əmək haqqı və yaşa görə əmək pensiyası artırılıb


Azərbaycanda minimum əmək haqqı və yaşa görə əmək pensiyası artırılıb

Azərbaycanda minimum əmək haqqı və yaşa görə əmək pensiyası artırılıb

Minimum aylıq əməkhaqqı və yaşa görə minimum əmək pensiyası 10 manat artırılaraq 85 manat (98 dollar) olub

Azərbaycan prezidenti sentyabrın 1-dən ölkədə minimum aylıq əməkhaqqının və yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 85 manata (98 ABŞ dolları) qaldırılması barədə sərəncam imzalayıb.

Minimum aylıq əməkhaqqının məbləği və əmək pensiyalarının baza hissəsi sonuncu dəfə 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat müəyyən edilib.

Azərbaycanda bu ilin əvvəlinə olan dəqiqləşdirilmiş statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 milyon 308 min 432 nəfərdir. Ekspertlərin hesablamalarına görə, ölkədə minimum əmək haqqı və əmək pensiyası alanların sayı ümumilikdə 1 milyon 500 min nəfər təşkil edir.

Rəsmi məlumatlara görə, Azərbaycanda yoxsulluq səviyyəsi 11 faizdir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin məlumatında deyilir ki, bu il iyulun 1-dək 133 min ailənin 603,3 min nəfər üzvü yoxsulluğa görə ünvanlı sosial yardım alır. Ünvanlı sosial yardımın 1 nəfərə düşən orta aylıq məbləği 24 manat 90 qəpikdir (30 ABŞ dolları).

XS
SM
MD
LG