Accessibility links

Azərbaycanda məktəblərdə hicab qadağasının yaratdığı effekt (VİDEO)


Azərbaycanda məktəblərdə hicab qadağasının yaratdığı effekt (VİDEO)
Azərbaycanda məktəblərdə hicab qadağasının yaratdığı effekt (VİDEO)

Xüsusilə paytaxt Bakıda olan dünyəvi düşüncəli bir çox azərbaycanlı üçün güclü islam müasirləşən Azərbaycanın Avropaya inteqrasiyasına maneə yarada bilər

Azərbaycan hökumətinin məktəblərdə hicab qadağası ölkə ictimaiyyəti arasında fikir ayrılığı yaradıb. Dini qruplar və digər sakinlər rəsmiləri standart məktəbli geyimlərini təqdim edərək İslam geyim ənənələrinə zidd sərt dünyəvi rejim formalaşdırdığına görə tənqid edir.

Ancaq rəsmilər deyir ki, yeni məktəb tənzimləmələri İslama zidd deyil. Parlamentin deputatı Zahid Oruc: “Bu məsələ ətrafında xüsusi ajiotaja ehtiyac yoxdur. Düşünürəm ki, Azərbaycan təhsil qanunvericiliyi Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqini nəzərdə tutur. Qanunun həyata keçirilməsi hansısa digər simvollara, geyimlərə və s. kimi əlamətlərə qarşı olmaq baxımından yox, məhz vahid məktəbli formasının tətbiqi baxımından önəmlidir”.

Əhalisinin əksəriyyətini şiələr təşkil etdiyi Azərbaycanda sakinlər hicab məsələsi barədə fərqli fikirlərə malikdir.

“Fikrimcə, bu dinə tamamilə sədaqətsizlik və ziddir. Çünki hicab insanların ofisdə çalışmasına və ya məktəbdə təhsil almasına təsir etmir” - deyə bir Bakılı bir qadın bildirib. O, əlavə edib ki, Azərbaycanda həmişə istisnasız hörmət edilməli olan ənənəvi islam dəyərləri olub.

Azərbaycanda hicab qadağasına münasibət

Təhsil Naziri Misir Mərdanov:

"Bu istiqamətdə biz işimizi davam etdirəcəyik. Eyni zmanda, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyub saxlamalıyıq. Bu baxımdan kimin nə deməsindən asılı olmayaraq, biz Azərbaycanın dövlət qurumu olaraq dövlətin qanun və qaydalarına xidmət etməyə üstünlük veririk".

İnsan haqları fəalı İlqar İbrahimoğlu:

“Dinimizə, inancımıza görə, bu, Allahın əmridir, Quranın göstərişidir və hətta həddi-buluğa çatmış qız uşaqları baş örtüyünə riayət etməlidirlər. Ona görə də bu məsələdə hər hansı bir kompromis yeri yoxdur. Bu, insanların inancıdır”.

Parlamentin deputatı Zahid Oruc:

"Bu məsələ ətrafında xüsusi ajiotaja ehtiyac yoxdur. Düşünürəm ki, Azərbaycan təhsil qanunvericiliyi Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqini nəzərdə tutur. Qanunun həyata keçirilməsi hansısa digər simvollara, geyimlərə və s. kimi əlamətlərə qarşı olmaq baxımından yox, məhz vahid məktəbli formasının tətbiqi baxımından önəmlidir”.


Bakı sakinləri:

“Fikrimcə, bu, dinə tamamilə sədaqətsizlik və ziddir. Çünki hicab insanların ofisdə çalışmasına və ya məktəbdə təhsil almasına təsir etmir”.

“Biz demokratik ölkədə yaşayırıq və hamının geyim azadlığı var. Mən də hicabı insanların şəxsi geyiminin bir hissəsi hesab edirəm”.

Bir çox post-Sovet ölkələrində olduğu kimi Azərbaycanda da müstəqillikdən bəri çox az dini canlanma müşahidə edilib. Belə ki, ölkədə yalnız 10 faiz insan namaz qılır.

Başqa bir Bakı sakininin fikrincə hicab şəxsi zövq məsələsidir və bunu heç bir qanun tənzimləyə bilməz. “Biz demokratik ölkədə yaşayırıq və hamının geyim azadlığı var. Mən də hicabı insanların şəxsi geyiminin bir hissəsi hesab edirəm” - deyə o, mövqeyini bildirib.

Analitiklərin fikrincə, bəzi islam icmalarının rejimin ayrıseçkiliyi barədə şikayəti siyasi islamdan tutmuş, mühafizəkarlığa qədər bir çox problemlərə yol aça bilmə narahatlığı yaradır. "Bu problemlər də neft və qaz ixracatçısı olan ölkədə sabitliyə potensial hədə ola bilər", - deyə o qeyd edib.

Müsəlman dindarlar hökumətin bu addımına etiraz edir və bunu Sovet dövründəki məktəbli formalarının yenidən təqdim olunması, o cümlədən dini dəyərlərə hörmətsizlik kimi görür.

Müsəlman dindar və insan haqları fəalı İlqar İbrahimoğlu: “Dinimizə, inancımıza görə, bu, Allahın əmridir, Quranın göstərişidir və hətta həddi-buluğa çatmış qız uşaqları baş örtüyünə riayət etməlidirlər. Ona görə də bu məsələdə hər hansı bir kompromis yeri yoxdur. Bu, insanların inancıdır”.

Ancaq, xüsusilə paytaxt Bakıda dünyəvi düşüncəli bir çox azərbaycanlı üçün güclü islam müasirləşən Azərbaycanın Avropaya inteqrasiyasına maneə yarada bilər.

Ölkədə rəsmilər dini icmaların dövlət qurumlarında qeydiyyatdan keçməsini tələb edir. Son illərdə Azərbaycanda bəzi məscidlər bağlanıb ya da dağıdılıb.

Ölkənin təhsil naziri Misir Mərdanov deyir ki, ali təhsil ocaqlarında qızların hicab geyinməsi tamamilə normal haldır, ancaq 16 yaşlı məktəblinin başı örtülü sinif otağında əyləşməsinə ehtiyac yoxdur: “Bu istiqamətdə biz işimizi davam etdirəcəyik. Eyni zmanda, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyub saxlamalıyıq. Bu baxımdan kimin nə deməsindən asılı olmayaraq, biz Azərbaycanın dövlət qurumu olaraq dövlətin qanun və qaydalarına xidmət etməyə üstünlük veririk”.

Hökumətin hicab qadağasına etiraz edən minlərlə azərbaycanlı ötən ilin oktyabr ayında küçələrə çıxmışdı. 1000 nəfərədək narazı kütlə Təhsil Nazirliyinin qarşısına toplaşmışdı. Bu, ciddi polis nəzarətində saxlanan ölkədə müxalifətin illərdir yarada bilmədiyi bir mənzərə idi.

Azərbaycan hökumətinin bu addımı İranın dini lideri simasında xaricdən də sərt tənqidlə üzləşib.

Cavab olaraq Azərbaycan Türkiyə və bəzi Avropa ölkələrindəki İran səfirliklərinin qarşısında yürüşlər təşkil edib. Onlar İranı Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edib.

Qeyd edək ki, Azərbaycan cənubdan İran İslam Respublikası, şimaldan Moskvaya qarşı mübarizə aparan yaraqlıların istehkamı Dağıstanla həmsərhəddir. Qərb sərhədindəki Türkiyədə isə artan mühafizəkar dini tendensiya müşahidə olunur.

XS
SM
MD
LG