Accessibility links

Seminarda Silahlı Qüvvələr üzərində demokratik nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə əsaslanan tərəfləri haqda müzakirələr aparılır.

Aprelin 25-də Bakıda Azərbaycan-ABŞ iş planına əsasən “Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr” mövzusunda seminar işinə başlayıb. İki gün davam edəcək seminarda Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi Ramiz Nəcəfov və Amerikanın Marşal Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktor müavini Canet Qarmey iştirak edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, seminarda Silahlı Qüvvələr üzərində demokratik nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə əsaslanan tərəfləri haqda müzakirələr aparılır. Azərbaycan, Almaniya, Böyük Britaniya, Litva, Rumıniya, Bolqarıstan dövlətlərinin, ATƏT və Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin nümayəndələri, o cümlədən Azərbaycan Milli Məclisinin deputatları mövzu ətrafında fikir mübadiləsi aparır.

XS
SM
MD
LG