Accessibility links

Azərbaycanda müxalifətçi gənclər PKK terroruna etiraz edib


Azərbaycanda müxalifətçi gənclər PKK terroruna etiraz edib

Azərbaycanda müxalifətçi gənclər PKK terroruna etiraz edib

Etirazçılar terrorçuların türk vətəndaşlarını qətlə yetirməsini pisləyib və türk ordusunun keçirdiyi əməliyyatları dəstəkləyib.

Azərbaycan müxalifət partiyalarının gənclər qurumlarının 60-a yaxın fəalı çərşənbə günü Türkiyənin Azərbaycan səfirliyi qarşısında PKK (Kürt Fəhlə Partiyası) təşkilatının Türkiyə ərazisində törətdiyi terror aktlarına etiraz olaraq aksiya keçirib. Aksiya iştirakçıları həmçinin Türkiyədə baş vermiş zəlzələdə insan itkilərilə bağlı Türkiyə dövləti və xalqına başsağlığı verib və səfirliyin qarşısındakı Atatürk heykəlinin önünə qərənfillər düzüb.
Turan Agentliyinin məlumatına görə, etirazçılar terrorçuların türk vətəndaşlarını qətlə yetirməsini pisləyib və türk ordusunun terrorçuları məhv etmək məqsədilə keçirdiyi əməliyyatları dəstəklədiklərini bildirib.
Müxalifət fəalları rəsmi Bakını Azərbaycan iqtidarını PKK-nı terrorçu təşkilat kimi tanımaqla birmənalı olaraq Türkiyəni dəstəkləməyə dəvət edib.
Aksiyada Xalq Cəbhəsi, Müsavat, Vətəndaş Həmrəyliyi, Ümid partiyalarının gənclər qurumları və daha bir neçə müstəqil gənclər təşkilatlarının fəalları iştirak edib.

XS
SM
MD
LG