Accessibility links

Azərbaycanda neft və qaz hasilatı sürətlə artmaqdadır


Azərbaycanda neft və qaz hasilatı sürətlə artmaqdadır

Azərbaycanda neft və qaz hasilatı sürətlə artmaqdadır

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanda təsdiqlənmiş karbohidrogen ehtiyatları 4,2 mlrd. ton, proqnozlaşdırılan karbohidrogen resursları 10 mlrd. ton şərti yanacaq təşkil edir.

Azərbaycanda təsdiqlənmiş karbohidrogen ehtiyatları 4,2 mlrd. ton, proqnozlaşdırılan karbohidrogen resursları 10 mlrd. ton şərti yanacaq təşkil edir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, bu gün ölkədə qazma işlərinə hazırlanmış 40-dan çox strukturdan ibarət işçi fondu var. “Hazırda beynəlxalq təşkilatlar bu strukturlara böyük maraq göstərirlər. Xarici tərəfdaşlarla yeni sazişlərdə SOCAR-ın hüquqi və iqtisadi statusu xeyli artıb”.

Onun sözlərinə görə, 1997-ci ildə "Əsrin müqaviləsi" çərçivəsində ilk neft hasilatına başlanıldığı andan neft istehsalatı sürətli templə inkişaf etməyə başlayıb. “Neft hasilatı 9 mln. tondan 2010-cu ildə 50,7 mln. tona çatdırılıb. Bu da 5,6 dəfə artım deməkdir. Ötən il hasil olunmuş neftin 8,4 mln. tonu Dövlət Neft Şirkətinin payına düşüb".
Cənab Abdullayev dediyinə görə, 2004-2010-cu illərdə ölkədə qaz istehsalı 5,2 dəfə artaraq 5 mlrd. kubmetrdən 26,3 mlrd. kubmetrə çatıb. “Ötən il hasil olunmuş qazın 7,2 mlrd. kubmetri SOCAR-ın payına düşüb. 2011-ci ildə 27,9 mlrd. m3 qaz hasilatı planlaşdırılır. Bunun 7,2 mlrd. m3-ni Dövlət Neft Şirkəti hasil edəcək”.

XS
SM
MD
LG