Accessibility links

Azərbaycanda ötən il 459 nəfər AİDS-ə yoluxub


Azərbaycanda ötən il 459 nəfər AİDS-ə yoluxub

Azərbaycanda ötən il 459 nəfər AİDS-ə yoluxub

244 nəfər xəstəliyin son mərhələsinə keçib, 52 nəfər vəfat edib

2010-cu ildə Azərbaycanda 459 nəfər AİDS-ə yoluxmuş insan müəyyən edilib.
Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə ölkədə AİDS-ə yoluxanların 97,4 faizi Azərbaycan vətəndaşı, 2,6 faizi əcnəbidir. Qeydiyyata alınmış Azərbaycan vətəndaşından 80,3 faizi kişi, 19,7 faizi qadındır. AİDS mərhələsinə keçənlərin sayı 244 nəfər, dünyasını dəyişmiş vətəndaşların sayı 52 nəfərdir.

XS
SM
MD
LG