Accessibility links

Azərbaycanda otuzadək islamçı həbs edilib (Audio)


Azərbaycanda otuzadək islamçı həbs edilib (Audio)
Azərbaycanda otuzadək islamçı həbs edilib (Audio)

Onların 8 nəfəri İslam Partiyasının üzvü, 9 nəfəri Nardaran kənd sakinidir.

Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisinin üzvü Natiq Kərimov Amerikanın Səsi radiosuna müsahibə verib.

Onun sözlərinə görə, son zamanlar İslam Partiyasının 8 üzvü və 20 tərəfdarı həbs edilib. “Həbs edilənlər dövlətə xəyanətdə, qanunsuz narkotik maddə və silah saxlamaqda ittiham olunur. Bu ittihamlar absurddur. Həbsdə olan islamçıların 4 nəfəri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü kimi iştirak edib. Dövlətə xəyanətdə günahlandırılan şəxslərin ailələrinin vəkil tutmağa pulu yoxdur”.

Cənab Kərimovun sözlərinə görə, Azərbaycan İran münasibətlərində soyuqluq yarananda və Nardaran məscidində çoxminlik insanların iştirakı ilə aşura mərasimindən sonra həbslər artır. “İran Azərbaycan münasibətləri istiləşəndə islamçılara da münasibət istiləşir”, - deyə o qeyd edib.

Öz növbəsində, rəsmi orqanlar həbslərlə bağlı hər hansı məlumat vermir.

XS
SM
MD
LG