Accessibility links

Azərbaycanda parlament seçkisi öncəsi duruma baxışlar


Azərbaycanda parlament seçkisi öncəsi duruma baxışlar

Azərbaycanda parlament seçkisi öncəsi duruma baxışlar

ATƏT-in Bakı ofisi seçki layihələrində əsas diqqəti seçki administrasiyasının təkmilləşdirilməsi, toplaşma azadlığının təmin edilməsi, mediada namizədlərə bərbər imkanların yaradılmasına yönəldib.

ATƏT-in Bakı ofisi üzv ölkələrin Azərbaycanda akreditə olunmuş səfirlikləri və digər beynəlxalq təşkilatların iştirakı ilə bu il keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr aparıb.

ATƏT-in Bakı ofisi seçki layihələrində əsas diqqəti seçki administrasiyasının təkmilləşdirilməsi, toplaşma azadlığının təmin edilməsi, mediada namizədlərə bərbər imkanların yaradılmasına yönəldib.

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bildirib ki, ATƏT-in təkliflərinin yerinə yetirilməsi sahəsində sevindirici bir şey yoxdur. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki komissiyalarının tərkibinə baxılması barədə təklifinə baxmayaraq, seçki komissiyalarının tərkibində seçkilərə ictimai inam yaratmaq baxımından heç bir dəyişiklik baş verməyib.

“ATƏT-in Bakı ofisi seçki komissiyalarının tərkibi ilə bağlı hökumət və siyasi partiyalarla geniş dialoq keçirib, ancaq hələlik bu sahədə irəliləyiş yoxdur. Eyni zamanda, Mərkəzi Seçki Komissiyasında müxalifətin boykot etdiyi 2 yer, 125 seçki dairəsinin hər birində 1 yer, 5169 məntəqə seçki komissiyasının da hər birində 1 yer boşdur. Bu, seçki komissiyaları ilə bağlı real vəziyyətdir. Seçki komissiyalarının tərkibi ilə bağlı bundan sonra dəyişiklik baş verəcəyinə isə inanmırıq”, - deyə cənab Cankorel səfirlərə məlumat verib.
O, həmçinin ATƏT-in “seçkilərə az müddət qalmış seçki qanunvericiliyinə dəyişiklik seçkilərə mənfi təsir edir” tövsiyəsinin nəzərə alınmadığını bildirib. “Biz “Seçki Məcəlləsi”nə dəyişikliklər edilməsi ilə bağlı parlamentə narahatlığımızı çatdırdıq. Ancaq parlament məcəlləyə seçki kampaniyasının 75 gündən 60 günə, təşviqat kampaniyasının 28 gündən 23 günə endirilməsi və namizədlərə 200 manat dövlət dəstəyinin aradan qaldırılması barədə düzəliş etdi”.
Toplaşma azadlığı ilə bağlı məsləhətləşmələrə toxunan cənab Cankorel bildirib ki, bu sahədə Bakı şəhər İcra Hakimiyyəti və siyasi partiyalarla dialoq davam etdirilir. “Bakı şəhər İcra Hakimiyyəti ilə müraciətlərə baxılması ilə bağlı birgə işçi qrupu yaradılacaq. Hesab edirəm ki, bu sahədə müəyyən anlaşılmazlıqların qarşısı alınacaq, mübahisələr dialoq yolu ilə həll ediləcək”.
O xatırladıb ki, son aylar müxalifət partiyalarının və gənclər təşkilatlarının Bakının mərkəzi rayonlarında bir neçə kütləvi toplaşmaq cəhdinin qarşısı alınıb. “Bakı şəhər İcra hakimiyyəti cəhdlərin qarşısının alınması səbəbini toplaşmaq üçün ayrılmış yerlərin olması ilə izah edir”, - deyə o, qeyd edib.
Bakı ofisinin rəhbəri namizədlərin mediaya bərabər çıxışının təmin edilməsi ilə bağlı dialoqun davam etdirildiyini də deyib.

Öz növbəsində, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Amerikanın səsi” radiosuna bu il keçiriləcək parlament seçkilərində ATƏT-in tövsiyələrinin dəyərləndirəcəyini bildirib. “Bu il keçiriləcək parlament seçkilərində də beynəlxalq təşkilatların tövsiyələrini dəyərləndirəcəyik. Seçki praktikasının yaxşılaşdırılmasına yönələn bütün təklifləri nəzər alacağıq, seçki prosesinin beynəlxalq standartlara uyğunluğunu tam təmin edəcəyik”, - deyə o qeyd edib.

Müxalifətdə olan siyasi partiya rəhbərləri cənab Həsənovun dediklərinin əksini düşünür. Onların mövqeyi daha çox ATƏT rəsmisinin dediklərinə yaxındır. “Müsavat” partiyasının başqanı İsa Qəmbər “Amerikanın səsi” radiosuna hökumətin seçki mühitini çətinləşdirdiyini və beynəlxalq təşkilatların tövsiyələrini yerinə yetirmədiyini bildirib. “Seçki qanunvericiliyi, seçki praktikası sahəsində ciddi addım atılmır. Siyasi məhbusların həbsdən azad edilmir, media və sərbəst toplaşmaq azadlığı ciddi şəkildə pozulur. Seçkiqabağı situasiya kifayət qədər gərgindir. Müxalifətin, beynəlxalq təşkilatların təklifləri nəzərə alınmır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG