Accessibility links

Azərbaycanda qaçqınlar və məcburi köçkünlərin problemləri qalmaqda davam edir


Azərbaycanda qaçqınlar və məcburi köçkünlərin problemləri qalmaqda davam edir
Azərbaycanda qaçqınlar və məcburi köçkünlərin problemləri qalmaqda davam edir

Doğma Yurda Qayıdış təşkilatının icraedici direktoru, Ağdam qaçqını Səməd Həsənov Amerikanın Səsinə problemlərdən danışdı

Ağdam rayonundan məcburi köçkün, Doğma Yurda Qayıdış təşkilatının icraedici direktoru Səməd Həsəvov artıq 20 ildən artıqdır yurd-yuvalarından didərgin düşən köşkünlərin vəziyyətinin hələ də ağır olduğunu deyir. O, ümumiyyətlə kasıblığın, işsizliyin olduğu bir ölkədə qaçqınların da vəziyyətinin təbii ki, ağır olduğunu qeyd edir.

Səməd müəllim hökumət tərəfindən məcburi köçkülər üçün qəsəbələr salındığını, evlər tikildiyini desə də, 20 il keçməsinə baxmayaraq çox sayda insanın hələ də yataqxanalarda, uşaq bağçalarında və digər ictimai binalarda ağır şəraidə yaşadırlaqını deyir.

Doğma Yurda Qayıdış birliyinin məcburi köçkünlərlə bağlı işinə gəldikdə isə Səməd Həsənov təşkilatın insanlarla mənəvi-psixoloji iş apardığını, müəyyən qədər də olsa qaçqınlara gündəlik problemləri ilə bağlı hansısa yardımlar göstərdiyini və gələcəkdə qaçqınların öz doğma yurdlarına qayıdarkən yerləşmələri prosesi ilə bağlı layihələr hazırladığını dedi.

XS
SM
MD
LG