Accessibility links

Azərbaycanda İran mədəniyyət günləri keçirilir


Azərbaycanda İran mədəniyyət günləri keçirilir
Azərbaycanda İran mədəniyyət günləri keçirilir

Oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanda İran mədəniyyəti günlərinin rəsmi açılışı olub.

Oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanda İran mədəniyyəti günlərinin rəsmi açılışı olub. Açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyn iştirak edib. Oktyabrın 7-dək davam edəcək mədəniyyət günləri çərçivəsində Bakı, Gəncə, Kürdəmir və Hacıqabulda silsilə tədbirlər keçiriləcək, konsertlər keçiriləcək. Muzey Mərkəzində sərgi açılıb, filmlər nümayiş etdirilir. Oktyabrın 4-də və 5-də Muzey Mərkəzində İranın “Günəş diyarı”, “Ağlayan söyüd”, “8-ci səma” və “Həzrət Süleyman səltənəti” filmləri göstəriləcək.
Xatırladaq ki, 2010-cu ildə İranda Azərbaycan mədəniyyəti günləri keçirilib.

XS
SM
MD
LG