Accessibility links

Azərbaycanda seçki şikayətləri


Azərbaycanda seçki şikayətləri
Azərbaycanda seçki şikayətləri

AXCP-Müsavat blokunun 90 namizədindən yalnız 37-si qeydə alınıb. Mərkəzi Seçki Komissiyası 128 şikayətdən 44-nü təmin edib. Apelyasiya və Ali Məhkəmə instansiyaları isə beşədək şikayəti müsbət həll edib

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov “Amerikanın səsi” radiosuna müsahibəsində seçki şikayətlərindən danışıb. Onun sözlərinə görə, hazırkı seçki şəraiti 2005-ci il parlament seçkiləri ilə müqayisədə pisləşib. “2005-ci il seçkilərindən sonra seçkilərlə bağlı qanunvericilik mühiti xeyli daralıb, siyasi mühit isə həddən çox çətinləşib. Müxalifətdən olan namizədlərin əksəriyyəti qeydiyyata alınmayıb. AXCP-Müsavat blokunun 90 namizədindən yalnız 37-si qeydə alınıb. Mərkəzi Seçki Komissiyası isə 128 şikayətdən 44-nü təmin edib. Apelyasiya və Ali Məhkəmə instansiyaları isə beşədək şikayəti müsbət həll edib”, - deyə o qeyd edib.

Cənab Həsənovun dediyinə görə, hazırda deputatlığa namizədlərin təşviqat dövründə də qanun pozuntuları ilə bağlı şikayətlər edilir. “Bu şikayətlər yerli hakimiyyət orqanlarının seçki prosesinə qarışması, kütləvi toplaşmaq azadlığının, namizədlərin mediaya bərabər çıxışının təmin edilməməsi ilə bağlıdır”.

XS
SM
MD
LG