Accessibility links

Azərbaycanda terror hücumu təhlükəsi ilə bağlı xarici vətəndaşlar xəbərdar edilib


Azərbaycanda terror hücumu təhlükəsi ilə bağlı xarici vətəndaşlar xəbərdar edilib

Azərbaycanda terror hücumu təhlükəsi ilə bağlı xarici vətəndaşlar xəbərdar edilib

Amerika Dövlət Departamenti, Böyük Britaniya xarici işlər nazirliyi, BP-Azərbaycan şirkəti insanları ehtiyatlı olmağa çağırır

Amerika Dövlət Departamentinin Azərbaycanda terror hücumu təhlükəsi ilə bağlı xəbərdarlığından sonra BP-Azərbaycan şirkəti işçilərini və Böyük Britaniya Xarici İşlər nazirliyi Azərbaycandakı vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

Turan Agentliyinin məlumatına görə, bu gün Dövlət Departamentinin xəbərdarlığı BP-Azərbaycan şirkətinin əməkdaşlarının diqqətinə çatdırılıb. Şirkətin təhlükəsizlik xidmətinin rəhbəri Eldar Nuriyev bildirib ki, yalnız ABŞ vətəndaşlarına deyil, şirkətin digər xarici əməkdaşlarına da müvafiq təlimatlar verilib.

Xatırladaq ki, BP-Azerbaijan şirkətində 200-dək əcnəbi işləyir.

Öz növbəsində, Azərbaycan Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri bildirib ki, bir qayda olaraq təhlükələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür.

Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev deyib ki, Azərbaycanın milli təhlükəsizliyinə, maraq və mənafeyinə mümkün təhdid və təhlükələrin qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. “Bu, kompleks və daimi həyata keçirilən tədbirdir. Aidiyyəti dövlət orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi əməliyyat şəraitinə nəzarət edir”, - deyə o qeyd edib.

Daxili İşlər nazirliyinin mətbuat xidməti isə ölkədəki bütün səfirliklərin və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin etibarlı şəkildə təmin edildiyini deyib.
Mətbuat xidməti həmçinin ölkədə əməliyyat şəraitinin nəzarətdə olduğunu qeyd edib.

XS
SM
MD
LG