Accessibility links

Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsi məsələsi müzakirə edilib


Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsi məsələsi müzakirə edilib

Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsi məsələsi müzakirə edilib

Ekspertlər hesab edir ki, vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi təqdim etməsi korrupsiya və rüşvətin səviyyəsinin aşağı salınmasında mühüm amil ola bilər.

Konstitusiya Araşdırmalar Fondu yanvarın 18-də Beynəlxalq Mətbuat Mərkəzində "Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılıq mexanizmlərinin yaradılması və onun ictimai vəkillik kampaniyasının aparılması" layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Avrasiya əməkdaşlıq Fondu tərəfindən maliyyələşdirilən layihə əsasında "Maliyyə xarakterli məlumatlar haqqında" Bəyannamə forması və digər məsələlərlə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər haqqında təkliflər hazırlanıb.
2005-ci il iyunun 24-də "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları" təsdiq edilib. Amma, Nazirlər Kabineti indiyədək bəyannamə formasını hazırlamayıb. Konstitusiya Araşdırmaları Fondunun hazırladığı bəyannamə formasında vəzifəli şəxslərin əmək haqları və bütün gəlirləri də daxil olmaqla mülkiyyətləri, valideynlərinin vergitutma olan obyektləri, mülkiyyət payları, səhmləri, şərti maliyyə vahidinin beş min mindən yuxarı olan borcları da göstərilməklə əmlak xarakterli öhdəliklərinin göstərilməsi nəzərdə tutulur.
Mövcud qanunvericilikdə vəzifəli şəxslərin təqdim etdiyi maliyyə xarakterli məlumatlar şəxsi həyatın sirri hesab olunur və ictimaiyyətə açıqlanmır. "Biz təklif edirik ki, siyasi və seçkili vəzifə tutan, prezident və parlament tərəfindən vəzifəyə təyin edilən şəxslər illik gəlirləri, əmlakının dəyəri, borcları qiymətli kağızları, əmlakının ümumi dəyəri vətəndaşların sorğusu əsasında açılmalıdır. Məhkəmə qərarı ilə isə istənilən vəzifəli şəxsin maliyyə xarakterli məlumatları tam şəkildə azalmalıdır. Bilə-bilə yalan məlumat verən vəzifəli şəxslər isə məsuliyyətə cəlb olunmalıdır", - deyə Konstitusiya Fondunun eksperti Zaur İbrahimov bildirib. Ekspertlər hesab edir ki, vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi təqdim etməsi korrupsiya və rüşvətin səviyyəsinin aşağı salınmasında mühüm amil ola bilər. Gəlir bəyannamələri eyni zamanda, hüquq-mühafizə orqanları üçün əhəmiyyətli alətdir. Çünki kənar nəzarət və ictimai qınaq vəzifəli şəxsləri rüşvət və korrupsiyadan çəkindirə bilər. Vəzifəli şəxslərin əmlak və gəliri ilə bağlı bəyannamələrin təqdim edilməməsi müxalifətdə olan siyasi partiyalar və vətəndaş cəmiyyətləri tərəfindən dəfələrlə tənqid edilib. Onlar vəzifəli şəxslərin bizneslə məşğul olması ilə bağlı çoxsaylı faktlara müraciət edib. Hesab edirlər ki, vəzifəli şəxslərin gəlirlərinin şəffaf olması ölkədə korrupsiyanın, gizli iqtisadiyyatın və çirkli pulların aşkarlanmasına səbəb olacaq.
Konstitusiya Araşdırmaları Fondu gəlir və əmlak bəyannamələri ilə bağlı təklifləri Nazirlər Kabineti, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Vergilər Nazirliyi tərəfindən müsbət qarşılanıb.

XS
SM
MD
LG