Accessibility links

Azərbaycandakı məcburi köçkünlərin yeni tikilmiş evlərə köçürülməsi davam etdirilir


Əli Həsənov
Əli Həsənov

2011-ci ildə məcburi köçkünlərlə bağlı xərcləri ödəmək üçün dövlət büdcəsindən 190 milyon, Dövlət Neft Fondundan 110 milyon manat vəsait ayrılıb. Beynəlxalq Təşkilatların isə bu il məcburi köçkünlərlə bağlı proqramlara 20 milyon dollar xərcləyəcəyi gözlənilir.

Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlərin köçürülməsi üçün çoxsaylı yaşayış binalarının tikildiyini və tikiləcəyini bildirib.

O, bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Bakı və Sumqayıt şəhərlərində məcburi köçkünlərin məskunlaşdığı 1210 evdən insanların köçürülməsinə başlanıb.

“Artıq 20 ailə köçürülüb"
Cənab Həsənov bildirib ki, yaxın zamanda Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün 500 ev istismara veriləcək. "Hazırda Goranboy rayonunda doqquz beşmərtəbəli binanın tikintisi gedir. Tikinti işləri bu il başa çatacaq. Həmin binalara Naftalan sanatoriyalarında yaşayan məcburi köçkünlər yerləşdiriləcək. Beləliklə, Naftalan sanatoriyası tam boşaldılacaq. Yaxın günlərdə Mingəçevirdə də 10 doqquzmərtəbəli binanın tikintisinə başlanacaq. Bakının Ramana qəsəbəsində 80 mənzilli bina tikiləcək və Heydə Əliyev mərkəzi olan ərazidəki binalardan məcburi köçkünlər buraya köçürüləcək. Masazırda isə 4 ədəd beşmərtəbəli bina tikiləcək".

Baş nazirin müavini həmçinin İsmayıllı rayonu ərazisində Belorus mütəxəssislərinin layihəsi və bu ölkənin tikinti şirkəti tərəfindən Azərbaycanın vəsaiti ilə 45 mənzilli qəsəbə salınacağını deyib.
Onun sözlərinə görə, 2011-ci ildə məcburi köçkünlərlə bağlı xərcləri ödəmək üçün dövlət büdcəsindən 190 milyon, Dövlət Neft Fondundan 110 milyon manat vəsait ayrılıb. Beynəlxalq Təşkilatların isə bu il məcburi köçkünlərlə bağlı proqramlara 20 milyon dollar xərcləyəcəyi gözlənilir. “Hazırda Azərbaycanda bir nəfər məcburi köçkün üçün il ərzində 684 manat vəsait xərclənir. Bu dünyada münaqişə zonalarında olan köçkünlər üçün xərclənən ən yüksək rəqəmdir”.

Cənab Həsənovun sözlərinə görə, 1993-cü ildən bəri məcburi köçkünlərin işləri ilə bağlı ümumilikdə 3,7 milyard manat xərclənib.

XS
SM
MD
LG