Accessibility links

Hollivudun mükafatını almış "Sahə" filminin yaradıcıları Amerikanın səsinə eksklüziv müsahibə verib


Hollivudun mükafatını almış "Sahə" filminin yaradıcıları Amerikanın səsinə eksklüziv müsahibə verib
Hollivudun mükafatını almış "Sahə" filminin yaradıcıları Amerikanın səsinə eksklüziv müsahibə verib

Timur Oduşev: `Yeganə təklif “Sahə” filmində çəkilmək üçün edilmişdi və İlqar Safatın köməyi ilə mən “Sahə” filmində baş rola çəkildim`

Hollivudun mükafatını almış "Sahə" filminin yaradıcıları Amerikanın səsinə eksklüziv müsahibə verib
Hollivudun mükafatını almış "Sahə" filminin yaradıcıları Amerikanın səsinə eksklüziv müsahibə verib

Müsahibimlərim “Sahə filminin quruluşçu-rejissoru İlqar Safat və filmdə ifa etdiyi rola görə Hollivudun ən yaxşı gənc aktyoru mükafatını almış Timur Oduşevdır. Hər ikinizi salamlayıram və təbrik edirəm.

Bəxtiyar Zamanov: İlqar sizdən başlamaq istəyirəm. Los Ancelesdə Hollivudun gənc aktyorlar mükafatının təqdimatı mərasim necə keçdi?

İlqar Safat: Mərasim çox maraqlı və gözəl keçdi. Çox sayda istedadlı və məşhur adamlarla görüşdük. Emosiyalarımızın, sevincimizin həddi-hüdudu yox idi.

Sual.: Mükafatların təqdimatı mərasimindəAzərbaycandan elə iki nəfər iştirak edirdi?

Cavab: Azərbaycan ümumiyyətlə ilk dəfədir ki, belə bir mərasimdə təmsil olunurdu. Bəzən hətta ölkəmizin harada yerləşdiyini, haradan gəldiyimizi başa salmalı olurduq. Amma bizi çox böyük ürəkaçıqlığı ilə qarşıladılar, hamı bizə çox mehriban münasibət bəsləyirdi. Hamı ürəkdən bizi təbrik etdi.

Sual: İlqar, maraqlı insanlarla, sənət dostlarınızla görüşmək imkanınız oldumu?

Cavab: Hollivudun Gənc Aktyor mükafatının təsisçisi Morin Dregonla tanış olduq. Morin Dreqon həm də Qızıl Qlobus mükafatını təqdim edən Hollivudun mətbuat assosiasiyasının üzvüdür. Timuru “Sahə” filminə baxıb aşkar edən də elə Morin Dreqondur. O, gənc istedadlar axtarır və onları tapa bilir. Moris Dreqon bu gün artıq Hollivudun ulduzları olan Bred Pit, Leonardo Dikaprio, Skarlet Cohanson kimi aktyorların böyük səhnəyə gəlməsində rol oynayıb.

Hollivudun mükafatını almış "Sahə" filminin yaradıcıları Amerikanın səsinə eksklüziv müsahibə verib
Hollivudun mükafatını almış "Sahə" filminin yaradıcıları Amerikanın səsinə eksklüziv müsahibə verib

Sual: Gələcəkdə birgə layihələr üzərində iş haqda düşünürsünüzmü? Bu haqda danışa bildinizmi?

Cavab: Bəli, burada hamı bizim planlarımızla maraqlanırdı. Studiyamıza böyük maraq göstərirdilər. Hollivudda Paramount Pictures, 20th Century Fox, Walt Disney Studio-ları kimi nəhənglər var. Bizim Azərbaycandan olmağımız, filmi Nərimanfilm kino studiosunda istehsal etdiyimiz onlara maraqlı idi. Bizə gələcək planlarımız, iş strategiyamızla bağlı çoxlu suallar verilirdi. Çox maraqlı söhbətlər keçirdik.

Sual: İlqar bu sizin ilk böyük işiniz idimi, yoxsa bundan əvvəl başqa filmləriniz də olub?

Cavab: Mən əvvəllər sənədli və qısametrajlı filmlər çəkmişdim. Bu mənim üzərində işlədiyim ilk bədii filmdir. İlk dəfə idi ki, belə böyük bir layihə üzərində işləyirdim. Mən bundan əvvəl bu formatda, yəni bədii film çəkməmişdim. Bu, ilk böyük işimdir.

Sual: “Sahə” filminin çəkilişinə kim sponsorluq edib?

Cavab: Film Azərbaycan Mədəniyyət Nazirliyi və Nərimanfilm kino- şirkətinin köməyi ilə çəkildi. Mən fürsətdən istifadə edərək, Mədəniyyət Nazirliyini bizi dəstəklədiyinə görə, bu planı həyata keçirməkdə bizə göstərdiyi köməyə görə və Gənc Aktyorlar Mükafatının təqdimatı mərasimində iştirak etmək üçün Hollivuda, gəlməyimizə kömək göstərdiyinə görə öz münnətdarlığımı bildirmək istəyirəm. Mən eyni zamanda, Nərimanfilm və Georgiafilm kino-studiyalarına, filmin çəkilişində iştirak edən gürcü kino ustalarına öz təşəkkürümü bildirmək istəyirəm.

Bəxtiyar Zamanov: İndi söhbətimizə Timur Oduşev qoşulur. Təbrik edirik. Timur siz Gənc Aktyor mükafatının qalibi oldunuz. Adınızı eşidəndə, qalib olduğunuzu biləndə nə hisslər keçirdiniz?

Timur Oduşev: Belə bir mükafata layiq görüldüyümü eşidəndə şokda idim.

Sual: Aktyorluğa necə başlamısınız. Bu sənəti davam etdirmək istəyirsinizmi?

Cavab: Xeyr, mən uşaqlıqdan balet artisti olmaq istəmişəm. Amma hələ aktyorluğa davam etmək barədə, yəni sənətimi dəyişmək barədə hələ düşünməmişəm.

Sual: Gələcəkdə yeni filmlərə çəkilməklə bağlı təkliflər almısınızmı?

Cavab: Xeyr, yeganə təklif “Sahə” filmində çəkilmək üçün edilmişdi. İlqar Safatın köməyi ilə mən “Sahə” filmində baş rola çəkildim. Bu, hələ ki mənim çəkildiyim yeganə filmdir.

Sual: Timur Azərbaycanda pərəstişkarlarınız varmı?

Cavab: Xeyr, təəssüf ki hələ pərəstişkarım yoxdur.

Bəxtiyar Zamanov: Amma yəqin, bundan sonra olacaq.

XS
SM
MD
LG