Accessibility links

Azərbaycanlı Con Nəimi Əmiral Virciniya ştatının İnsan Hüquqları Şurasının üzvü təyin edilib


Azərbaycanlı Con Nəimi Əmiral Virciniya ştatının İnsan Hüquqları Şurasının üzvü təyin edilib

Azərbaycanlı Con Nəimi Əmiral Virciniya ştatının İnsan Hüquqları Şurasının üzvü təyin edilib

Virciniya ştatının qubernatoru Bob Makdonnel Amerikada yaşayan azərbaycanlı Con Nəimi Əmiralı İnsan Hüquqları Şurasının üzvü təyin edib. Qubernator Makdonnel oktyabrın 7-də ştatın administrasiyasına yeni təyinatların edildiyinə dair imzalayıb.

Dörd il müddətinə seçilən doqquz üzvdən ibarət şura Virciniya ştatı hökumətinin irqi, dini, milli mənsubiyyəti, cinsi, tibbi vəziyyəti və başqa səbəblərə görə vətəndaşların ayrı-seçkiliyə məruz qalmadığını təmin etməsinə nəzarət edir.

İcma üzvlərinə göndərdiyi məktubda Con Əmiral Virciniya ştatının qubernatoruna belə mühüm bir quruma üzv seçməklə ona göstərdiyi etimaddan məmnunluq duyduğunu bildirib.

Norfolk şəhərində yaşayan Con Əmiral ABŞ-da ən fəal diaspor üzvlərindən biridir. Con Əmiral 2009-cu ildə Virciniya ştatının parlamentinə seçilmək üçün seçkilərə qatılıb. Kiçik fərqlə rəqibinə məğlub olan Nəimi Əmiral ABŞ-da siyasi seçki prosesində namizəd kimi iştirak edən ilk azərbaycanlı olub.

Con Əmiral ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyat zabitidir. Hazırda Virciniya ştatının Norfolk şəhərində kiçik biznes sahibidir.

ABŞ-da Azərbaycan icmasının üzvləri Con Əmiralın Virciniya ştatının İnsan Hüquqları Şurasına təyinatını böyük məmnunluq hissi ilə qarşılayıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG