Accessibility links

ETTELAAT Məhsa Medilini 2011-ci il avqustun 21-də atasının mənzilində tutub.

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, urmiyalı fəal Məhsa Mehdili (Mehdizadə) 1 il həbsə məhkum edilib.

“Media forum” saytının məlumatına görə, Urmiya məhkəməsi Məhsa Mehdilini internetdə İran İslam Respublikasına qarşı təbliğat aparmaqda, sosial şəbəkələrdə ölkə zindanlarındakı işgəncələr barədə yazılar yaymaqda və Türkiyədə yaşayan azərbaycanlıların konqresində çıxış etməkdə təqsirli bilib. Məhkəmənin qərarı ilə fəala verilən həbs cəzasının icrası 3 il müddətinə dayandırılır.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin əməkdaşları Məhsa Medilini 2011-ci il avqustun 21-də atasının mənzilindən tutub aparmışdılar. O, 22 gün həbsdə saxlandıqdan sonra ailəsinin qoyduğu 50 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

XS
SM
MD
LG