Accessibility links

Mükafatın təltif olunma mərasimi iyunun 11-də Los-Anjelesdə keçirilib.

Almaniyada yaşayan gənc azərbaycanlı rejissor Elmar İmanov ən yaxşı xarici film nominasiyasında Amerika Kino Akademiyasının gənc kinematoqrafçılar üçün bürünc mükafatını alıb (Tələbə Oskarı). O, bu mükafata “Tabutçunun yelləncəyi” qısametrajlı filminə görə layiq görülüb. Mükafatın təltif olunma mərasimi iyunun 11-də Los-Anjelesdə keçirilib.
Yarım saatlıq film ata və oğul arasındakı çətin münasibətlərdən bəhs edir. Filmin çəkilişləri 2011-ci ildə Bakıdan 55 km. aralıda Cəngidə aparılıb.
Bu il Tələbə Oskarı 39 dəfə keçirilib. Onun qalibləri müxtəlif ölkələrdən olan 10 gənc kinematoqrafçıdır. Qalibləri tanınmış amerikalı kino xadimlərdən ibarət Münsiflər Heyəti müəyyən edir. Tələbə Oskarı mükafatı pul və Oskar heykəlciyini nəzərdə tutmur, lakin kinematoqrafiya və televiziya sahəsində uğurlu işə yol açır.
26 yaşlı Elmar İmanov bir neçə il əvvəl daimi yaşamaq üçün Almaniyanın Köln şəhərinə köçüb. Orada Beynəlxalq Kinematoqrafiya Məktəbini bitirib. İndiyədək bir neçə qısametrajlı və sənədli film çəkib.

XS
SM
MD
LG