Accessibility links

Fəallar Azərbaycan kimliyi uğrunda mübarizə aparır

İranda azərbaycanlı siyasi fəallar təqiblərə məruz qalmaqdadır.

Belə ki, iki gün əvvəl siyasi fəal Əmin Zərgərnəjad Təbrizdə həbs edilib. Zərgərnəjadın tutulması haqda xəbər İranın İnsan Haqları Fəallarının Xəbər Ajansı (HRANA)-ya istinad Iran Global, SANA NewsGuya News kimi vebsaytlarda yayılıb.

Təbrizli fəalın evində axtarış aparılıb, onun kompyuteri, kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb.

Təbrizdəki Azad İslam Universitetinin məzunu olan Əmin Zərgərnejad solçu baxışları ilə tanınır.

Əmin Zərgərnıjada qarşı ittihamın irəli sürülüb yazılı şəkildə ona təqdim edilib-edilmədiyi aydın deyil. Onun həbsinin də məhkəmənin, yoxsa ittillat rəsmilərinin qərarı əsasında edildiyi məlum deyil. Əmin Zərgərnıjadın haraya aparıldığı və harada saxlandığı, durumunun necə olduğu haqda da məlumat yoxdur.

HRANA Əmin Zərgərnıjadın ailəsinin ondan xəbərsiz olduğunu və onların məlumat eldə etmək cəhdlərinin boşa çıxdığını bildirir.

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, Ərdəbil Azad İslam Universiteti tibb fakültəsinin tələbəsi Mehdi Üsuli isə məhkəməyə çağırılıb.

Mehdi Üsulinin məhkəməyə çağırılması ötən il Urmiya gölünün qurumasına etiraz aksiyasında tutulması ilə əlaqədardır. Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinmir.

ETTELAAT-ın Ərdəbil şöbəsinin əməkdaşları Mehdi Üsulini 2011-ci il sentyabrın 12-də küçədə tutub aparmışdılar. Fəal 11 gün həbsdə saxlanmış, sonradan müvəqqəti azadlığa buraxılmışdı.

İran qanunlarına əsasən, məmurlar özbaşına kimisə həbs etmək hüququna malik deyillər və həbs üçün məhkəmənin qərarı olmalıdır. Qanunla həbs edilən şəxsə qarşı ittihamlar ona təqdim edilməli, onun harada saxlanacağı özünə və ailəsinə bildirilməlidir. Lakin İranda bu qanunun icrasına az hallarda əməl olunur. Bu hal xüsusilə Azərbaycanlı siyasi fəallara aiddir.

XS
SM
MD
LG