Accessibility links

Azərbaycanla Yunanıstan dörd sənəd imzalayıb


Azərbaycanla Yunanıstan dörd sənəd imzalayıb

Azərbaycanla Yunanıstan dörd sənəd imzalayıb

Azərbaycanla Yunanıstan arasında neft-qaz, ətraf mühitin mühafizəsi, dəniz nəqliyyatı, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edən sənədlər imzalanıb.

Bu gün Yunanıstan prezidenti Karolos Papulyasın Azərbaycana səfəri çərçivəsində Azərbaycanla Yunanıstan arasında neft-qaz, ətraf mühitin mühafizəsi, dəniz nəqliyyatı, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı əhatəı edən dörd sənəd imzalanıb. İmzalanma mərasimi prezident İlham Əliyevin və prezident Karolos Papulyasın arasında danışıqların yekunu olaraq imzalanıb.

Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında əlaqələrin gözəl perspektivləri var və ikitərəfli gündəlik çox genişdir. “İqtisadi sahədə qarşılıqlı maraqlar kifayət qədər çoxdur”.

Yunanıstan prezidenti Karolos Papulyas ticari və iqtisadi əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Enerji əməkdaşlığı sahəsində də əlaqələrin yaxşı olduğunu deyən Yunanıstanın dövlət başçısı Azərbaycandan təbii qazın nəqlində maraqlı olduqlarını bildirib.

XS
SM
MD
LG