Accessibility links

Azərbaycanlılar BMT-nin İran üzrə insan haqları nümayəndəsi ilə görüşüb


Azərbaycanlılar BMT-nin İran üzrə insan haqları nümayəndəsi ilə görüşüb

Azərbaycanlılar BMT-nin İran üzrə insan haqları nümayəndəsi ilə görüşüb

Əhməd Şəhidə həbs olunmuş milli fəallar haqqında kitab və Güney Azərbaycanın müxtəlif problemləri ilə bağlı 100 səhifəlik sənəd təqdim olunub.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) nümayəndə heyəti sentyabrın 12-də BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidlə görüşüb.

GAMAC idarə heyətinin üzvü Sadiq İsabəylinin “Media forum” saytına verdiyi məlumata görə, saat yarımlıq görüşdə Güney Azərbaycanda baş verən son hadisələr, o cümlədən Urmu gölünün məqsədyönlü qurudulması, 30 milyondan çox azərbaycanlının ana dilində təhsil hüququndan məhrum edilməsi, türklərin dinc etirazları və milli fəalların qeyri-qanuni həbsi ilə bağlı məlumatlar verilib.

Əhməd Şəhidə həbs olunmuş milli fəallar haqqında kitab və Güney Azərbaycanın müxtəlif problemləri ilə bağlı 100 səhifəlik sənəd təqdim olunub. Əhməd Şəhiddən xahiş olunub ki, İrana səfəri baş tutarsa, hökumətdən azərbaycanlıların pozulmuş hüquqlarının təmin olunmasını tələb etsin.

XS
SM
MD
LG