Accessibility links

Azərbaycanlıların dini rəhbəri Yerevana gedir


Azərbaycanlıların dini rəhbəri Yerevana gedir

Azərbaycanlıların dini rəhbəri Yerevana gedir

Noyabrın 29-30-da Ermənistanda MDB ölkələri Dinlərarası Şuranın Rəyasət Heyətinin iclası keçiriləcək. Bu barədə ermənilərin katolikosu II Qaregin bildirib.

Noyabrın 29-30-da Ermənistanda MDB ölkələri Dinlərarası Şuranın Rəyasət Heyətinin iclası keçiriləcək. Bu barədə ermənilərin katolikosu II Qaregin bildirib. Tədbirdə Dinlərarası Şuranın həmsədrləri - Moskva və ümumrusiya patriarxı Kiril, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iştirak edəcək”, - deyə Eçmiədzin kilsəsinin mətbuat xidməti bildirir.

Həmin günlərdə Rusiya patriarxının vasitəçiliyi ilə region ölkələri dini liderlərinin görüşü olacaq. Qafqaz Müsəlmanları İdarəsi şeyxin səfəri barədə məlumatı hələlik şərh etmir. Xatırladaq ki, ötən ilin yazında Bakıda analoji tədbir keçirilib və II Qaregin Bakıya gəlmişdi. O, dövlət başçısı İlham Əliyevlə görüşmüşdü, Bakıdakı erməni kilsəsində olmuşdu.

XS
SM
MD
LG