Accessibility links

Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti Təşkilatının prezidenti Rusiyada seçkilərin şəffaf keçdiyini deyir (AUDİO)

  • Nərminə Cəlalqızı

Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti Təşkilatının prezidenti Səyyun Sadıxovla müsahibə

Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti Təşkilatının prezidenti Səyyun Sadıxovla Rysiyada keçirilən prezident seçkilərindən danışarkən ölkənin 95 min seçki məntəqəsində ATƏT, sabiq Sovet İttifaqı ölkələri və Rusiya ictimai birliklərindən 75 min müşahidəçinin olduğunu bildirdi. Cənab Sadıxov Rusiyada artıq 6-cı dəfədir keçirilən prezident seçkilərinin builki qədər şəffaf olmadığını dedi.

Səyyun Sadıxova Vladimir Putinlə rəqibləri arasında səs fərqlərinin bu qədər böyük olmasının səbəbini soruşanda o, səbəblərdən birincisinin cənab Putinin 2000-ci ildən, Rusiyada hakimiyyətə gələndən bəri ölkədə baş alıb gedən qanunsuzluğa, anarxiyaya son qoyduğunu dedi. Rəqiblərinə gəlincə isə cənab Sadıxov Putinin rəqiblərinin Jirinovski, Zyuqanov, Mironov və Proxorov olduğunu bildridi.

Səyyun Sadıxov Jirinovski və Zyuqanovun artıq on illərdir partiya liderliyini heç kimə vermək istəmədiklərini və bu partiyaları artıq ev biznesinə çevirdiklərini, buna görə də xalq arasında nüfuzdan düşdüklərini dedi. Prezidentliyə namizəd Sergey Mironova gəldikdə keçən ilə qədər onun Rusiya Parlamentinin Yuxarı Palatasında Federasiya sədri olduğunu və onun xalq arasında nüfuzdan düşməsinin səbəbinin 2006-cı il ildə əvvəlcə Vladimir Putinə konstitusiyada dəyişiklik edərək, onun üçüncü dönəm prezidentliyinə yol açılmasına kömək etdiyini, indi isə ona qarşı olması ilə əlaqədar olduğunu bildirdi. Səyyun Sadıxov buna görə ona etimadın olmadığını dedi. Prezidentliyə namizəd Proxorova gəldikdə isə onun siyasətçi deyil, bir oliqarx olduğunu və xalqın onu tanımadığnı dedi.

XS
SM
MD
LG