Accessibility links

Azərbaycanın birinci xanımı Pyer Kardenlə görüşüb


Azərbaycanın birinci xanımı Pyer Kardenlə görüşüb

Azərbaycanın birinci xanımı Pyer Kardenlə görüşüb

Nümayiş olunan geyimlər və aksessuarlar barədə birinci xanıma məlumat verilib

YUNESKO-nun 65 illiyi ilə bağlı keçirilən yubiley tədbirlərində iştirak etmək üçün Parisə səfər edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tanınmış moda ustası Pyer Kardenin dəvəti ilə dekabrın 13-də onun yaradıcılıq muzeyində olub. Bu barədə AzərTAc agentliyi məlumat yayıb.

Muzeydə nümayiş olunan geyimlər və aksessuarlar barədə danışan Pyer Karden ötən əsrin 60-cı illərindən sonra dünyada geniş yayılan “Pyer Karden” dəb geyim nümunələri haqqında birinci xanıma məlumat verib.
Pyer Kardenin adını daşıyan ticarət markası ilə 140 ölkədə məhsul istehsal edilir və xidmət obyektlərində 200 min nəfərədək insan çalışır.

XS
SM
MD
LG