Accessibility links

Azərbaycanın görkəmli bəstəkarı Telman Hacıyevin 80 illiyi qeyd edildi

  • Nərminə Cəlalqızı

Azərbaycanın görkəmli bəstəkarı Telman Hacıyevin 80 illiyi qeyd edildi

Azərbaycanın görkəmli bəstəkarı Telman Hacıyevin 80 illiyi qeyd edildi

Bəstəkarın həyat yoldaşı Sevda xanım Hacıyeva Telman müəllim barədə xatirələri ilə bölüşdü

Bu yaxınlarda Azərbaycanın Bəstəkarlar İttifaqının təşəbbüsü ilə Azərbaycanın görkəmli bəstəkarı Telman Hacıyevin 80 illiyi qeyd edildi.

Könül oxşayan musiqisi ilə yadda qalan bəstəkarın həyat yoldaşı Sevda xanım Hacıyeva ilə müsahibəmizdə o, Telman müəllim barədə xatirələri ilə bölüşdü. Sevda xanım yübiley mərasiminin yüksək əhval-ruhiyyə şəraitində keçdiyini, Telman Hacıyevin yaradıcılığından, fəaliyyətlərindən söhbət açıldığını bildirdi.

Sevda xanım yubiley mərasimində respublikanın xalq artisti Yalçın Rzazadənin, professor İmruz Əfəndiyevanın, yazıçı-şair Baba Vəziroğlunun, Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadənin mərhum Telman Hacıyev haqda xatirələri ilə bölüşdüklərini dedi. Sevda xanım mərasimdəTelman Hacıyevin bəstələdiyi musiqi parçaları və mahnıların səsləndirildiyini qeyd etdi.

XS
SM
MD
LG