Accessibility links

Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb


Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb

Qəza hərbi təlim zamanı baş verib. Pilotlar katapult yolu ilə xilas olub

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi təyyarəsi qəzaya uğrayıb.

Müdaqfiə nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsi radiosuna bildiriblər ki, SU-25 markalı təyyarə hərbi təlim zamanı Kürdəmir rayonu ərazisində (Bakıdan 170 kilometr qərbdə) qəzaya uğrayıb. Təyyarənin hər iki ekipaj üzvü katapult yolu ilə xilas olub.

APA Agentliyinin məlumatına görə, pilotlar qəza zamanı xəsarət almayıblar.
Agentlik həmçinin bildirir ki, qəza təyyarə eniş edən zaman baş verib. Qəzanın ilkin səbəbi təyyarənin şassilərinin açılmaması olduğu bildirilir.

XS
SM
MD
LG