Accessibility links

Azərbaycanın iqtidar partiyasının 125 seçki dairəsindən 112 - də deputatlığa namizədi var


Azərbaycanın iqtidar partiyasının 125 seçki dairəsindən 112 - də deputatlığa namizədi var

Azərbaycanın iqtidar partiyasının 125 seçki dairəsindən 112 - də deputatlığa namizədi var

YAP sərinin müavinin fikrincə, ölkədə demokratik və azad seçkilərin keçirilməsi üçün hüququ baza və real şərait var

İqtidarda olan “Yeni Azərbaycan” partiyası (YAP) parlament seçkilərində 114 seçki dairəsi üzrə namizəd irəli sürüb və 112 seçki dairəsində deputatlığa namizədi qeydə alınıb. Bu barədə YAP sədrinin müavini Əli Əhmədov bu günki mətbuat konfransında bildirib.

Onun sözlərinə gözə, ölkədə demokratik və azad seçkilərin keçirilməsi üçün hüququ baza və real şərait var.

Cənab Əhmədov YAP-ın deputatlığa irəli sürdüyü namizədlərin əksəriyyəti ictimaiyyət tərəfindən müsbət qarşılanan ziyalılar, elm xadimləridir. “Namizədlərdən 48 nəfəri Milli Məclisin deputatı, 5 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, 3 nəfər AMEA-nın müxbir üzvü, 10 nəfər müxtəlif ali məktəblərin rektorları, 20-yə yaxını elmlər doktoru, professordur. Qadınların geniş şəkildə təmsilçiliyinə də diqqət ayırmışıq, namizədlərimizdən 24 nəfəri qadındır”.

Sədr müavini iqtidar partiyasının sıralarında 520 mindən çox insanı birləşdirdiyini və partiya üzvlərinin bütün seçicilərin böyük hissəsini təşkil etdiyini deyib.

O aparıcı müxalifət partiyalarının seçki prosesinin total pozuntularla davma etməsi ilə bağlı ittihamlarını təkzib edib. Cənab Əhmədovun dediyinə görə, AXCP və Müsavat partiyaları tərəfindən irəli sürülən namizədlərin yarısından çoxu işsizlərdir. YAP sədrinin müavinin fikrincə, 40 min seçicini təmsil etmək iddiasına düşən insan, özünə neçə illər ərzində iş tapa bilmirsə, xalqı müdafiə etməyə potensialı çatmaz.

Əli Əhmədov oktyabrın 15-də seçki kampaniyasının çox mühüm dövrünün start götürəcəyini deyib. “Təşviqat kampaniyamızda müxtəlif formalardan istifadə edəcəyik, hər bir seçici ilə görüşəcəyik. Namizədlərlə bağlı xüsusi jurnal hazırlanıb, bu günlərdə nəşr olunacaq”.
O partiyanın pulsuz efir vaxtı qazandığını da xatırladıb. “Digər partiyalar bu hüququ qazanmasa, YAP da pulsuz efir vaxtından istifadə etməyəcək”.
Öz növbəsində, AXCP - Müsavat seçki blokunun liderləri iqtidarı seçki qanunvericiliyini total şəkildə pozmaqda günahlandırıb. Blokun indiyədək 30 namizədi qeydə alınıb. “Müsavat” başqanı İsa Qəmbər hesab edir ki, iqtidar müxalifət blokunun qələbəsindən ehtiyat edir və bu səbəbdən onun namizədlərinin qeydə alınmasında problemlər yaradır.

AXCP sədri Əli Kərimli blokun seçki pozuntuları ilə bağlı nəhayətdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini deyib. “Azərbaycan seçkilərlə bağlı bütün beynəlxalq öhdəliklərini pozur”.

XS
SM
MD
LG