Accessibility links

Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürovla müsahibə (Audio)

  • Nərminə Cəlalqızı

Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürovla müsahibə (Audio)

Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürovla müsahibə (Audio)

Səfir Liviyada hadisələrin iki yolla həll oluna biləcəyini guman etdiyini deyir

Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov Amerikanın Səsinə müsahibəsində hal-hazırda Liviyanın paytaxtı Tripolidə sabitliyin hökm sürdüyünü, mağaza, bank və digər idarələrin işlədiyini, lakin polis postlarının çox olduğunu deyib.

Səfir ölkənin dügər bölgələrində vəziyyətlə bağlı sualın cavabında Tripolinin ətrafından tutmuş bütün ölkə boyu gərginliyin müşahidə edildiyini bildirib.

Ağasəlim Şükürov deyib ki, Liviyada yaşayan 35 nəfər azərbaycanlı evakuasiya edilib. O, Azərbayca səfirliyinin bir neçə işçisinin qaldığını bildirib.

Ölkədə hadisələrin necə inkişaf edəcəyi barədə sualı cavablandıran səfir bildirib ki, proqnoz vermək hələ tezdir, lakin hadisələrin iki yolla həll oluna biləcəyini guman etmək mümkündür.

Səfir Şükürov Liviyada baş verən hadisələrə xaricdən müdaxilə ilə bağlı fikirlərini bildirdi.

Müsahibəyə buradan qulaq asın:

XS
SM
MD
LG