Accessibility links

Azərbaycanın Liviyadakı səfiri: Burada vəziyyət pisdir, gecələr raket və bomba zərbələri endirilir


Azərbaycanın Liviyadakı səfiri: Burada vəziyyət pisdir, gecələr raket və bomba zərbələri endirilir

Azərbaycanın Liviyadakı səfiri: Burada vəziyyət pisdir, gecələr raket və bomba zərbələri endirilir

Liviyada 117 ölkənin səfirliyi olub. Səfirliklərin çoxu fəaliyyətlərini dayandırıb. Türkiyə, Ukrayna, Belarus, Rusiya, İordaniya, Mərakeş, Serbiya və başqa bir neçə səfirlik hələ də fəaliyyətlərini davam etdirir. Başqa səfirliklər də müvəqqəti işlər vəkili səviyyəsində qalıb.

İmkan düşən kimi Azərbaycanın Liviyadakı səfirliyinin əməkdaşları bu ölkəni tərk edə bilərlər. Bu barədə Trend Agentliyinə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov bildirib.

"Burada vəziyyət pisdir. Gecələr raket və bomba zərbələri endirilir, gündüzlər isə sakitlik olur. Səfirliyin əməkdaşları özlərini yaxşı hiss edirlər və səfirlik öz işini əvvəlki qaydada davam etdirir. İmkan düşən kimi, ölkəni tərk etmək istisna olunmur", - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, hazırda diplomatik nümayəndəlikdə səfirlə birlikdə dörd nəfər fəaliyyət göstərir. “Hava və dəniz yolu bağlı olduğuna görə hələlik ölkəni tərk etmək mümkün deyil. Quru yol daha da təhlükəlidir. Tripolinin özündə qalmaq quru yolla hərəkət etməkdən daha təhlükəsizdir. Burada 117-yə yaxın səfirlik var idi. Bu səfirliklərin çoxu fəaliyyətlərini dayandırıb. Türkiyə, Ukrayna, Belarus, Rusiya, İordaniya, Mərakeş, Serbiya və başqa bir neçə səfirlik hələ də fəaliyyətlərini davam etdirir. Başqa səfirliklər də müvəqqəti işlər vəkili səviyyəsində qalıb".
Səfir Şükürov bildirib ki, Liviyada olan bütün Azərbaycan vətəndaşları ölkədən təxliyyə olunub. “Liviyada səfirliyin əməkdaşlarından başqa azərbaycanlılar qalmayıb”.
"Burada qalan azərbaycanlılar Liviya vətəndaşları ilə ailə qurmuş qadınlardır. Onlar da ölkəni tərk etmək fikrində olmadıqlarını deyiblər. Bizim siyahımızda olan bütün azərbaycanlıları ölkədən çıxarmışıq. Başqa azərbaycanlı yoxdur", - Şükürov bildirib.
Martın 17-də BMT-nin Təhlükəsizlik Şurası Liviya üzərindən uçuşları qadağan edən və ölkə ərazisinə hərbi müdaxilə nəzərdə tutan 1973 saylı qətnamə qəbul edib.
Hərbi əməliyyatlar şənbə günü başlayıb. Əməliyyatlarda ABŞ, Britaniya, Fransa, İtaliya və Kanada hərbi qüvvələri iştirak edir.

XS
SM
MD
LG