Accessibility links

Azərbaycanın müdafiə naziri İrana səfər edəcək


Azərbaycanın müdafiə naziri İrana səfər edəcək

Azərbaycanın müdafiə naziri İrana səfər edəcək

Hərbi attaşe deyib ki, İran və Azərbaycan müdafiə nazirləri hər il görüşlər keçirir və bu görüşlər iki ölkə arasında, xüsusilə müdafiə sahəsində əlaqələrin daha da genişləndirilməsinə yönəlmiş addımlardan biridir.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev 2012-ci ilin əvvəllərində İrana səfər edəcək.

Iranın rəsmi IRNA Agentliyi məlumatı Azərbaycanın İrandakı səfirliyinin hərbi attaşesi Mehman Süleymanova istinadən yayıb.

Cənab Süleymanov deyib ki, səfər zamanı Əbiyev İranın müdafiə naziri Əhməd Vəhidi ilə görüşəcək və iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığını müzakirə edəcək.
"İran və Azərbaycan müdafiə nazirləri hər il görüşlər keçirir və bu görüşlər iki ölkə arasında, xüsusilə müdafiə sahəsində əlaqələrin daha da genişləndirilməsinə yönəlmiş addımlardan biridir", - deyə cənab Süleymanov qeyd edib.
O əlavə edib ki, Azərbaycan hökuməti İranla bütün sahələrdə, xüsusən müdafiə sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. “Azərbaycan və İran arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial var və hər iki ölkə bu potensialdan düzgün istifadə etməlidir”.

Hərbi attaşe həmçinin İranın müdafiə naziri Əhməd Vahidinin Azərbaycana son səfərini müdafiə sahəsində gələcək ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addım adlandırıb.

XS
SM
MD
LG