Accessibility links

Azərbaycanın səfalı guşəsi Ordubadda Novruz bayramı

  • Nərminə Cəlalqızı

Azərbaycanın səfalı guşəsi Ordubadda Novruz bayramı

Azərbaycanın səfalı guşəsi Ordubadda Novruz bayramı

Novruz yaz başlayanda, gecə ilə gündüzün bərabərlişdiyi gün qeyd edilir. Bir çox xalqlar yaz fəslinin gəlişini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı olaraq bayram etmişlər. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

Azərbaycanda Novruz əsrlər boyu böyük təmtəraqla qeyd edilir. Bayrama əvvəlcədən hazırlıqlar başlayır. Bayramqabağı adətən evdə, həyətdə təmizlik işləri aparılır, qoğal, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və plov bişirilir. Novruzda yumurta boyanır, xonça bəzədilir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay verirlər.

Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, rəmzidir.

Bunların hamısı demək olar ki, bütün Azərbaycan boyu həyata keçirilir. Qədim keçmişdən xalqımız Novruz adət-ənənələrini unutmamağa çalışır.

Azərbaycanın Ordubad rayonunda isə qədimdən bəri Novruz bayramında bir mərasim yaşayır, “Xanbəzəmə” mərasimi. Xanbəzəmə özündə keçmişimizi, qədim adət-ənənələrimizi yaşadır. Adətə görə xalqın bayram şənliklərini yaxşı keçirməsi üçün üç günlük padşah seçilir. Mərasim haqda ordubadlı Fəridə xanım Məmmədova danışır.

Fəridə xanımın həyat yoldaşı Hacı müəllim isə bizə Ordubadda axır çərşəmbə gecəsinin təmtəraqından danışdı.

Mən də bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bütün azərbaycanlılara əmin-amanlıq, sağlamlıq və bolluq arzu edirəm.

XS
SM
MD
LG