Accessibility links

Təbriz məhkəməsi azərbaycanlı fəalların zaminə buraxılması haqda qərar verib


Təbrizin İnqilab Məhkəməsi azərbaycanlı siyasi və mədəni altı fəalın zəmanətlə azadlığa buraxılması haqda qərar verib. Bu haqda məlumat İran İnsan Haqları Fəalları Xəbər Ajansı (HRANA), Təbriz Səsiİran Üçün İttihad kimi veb saytlarda yayılıb.

Xəbər mənbələrinə əsasən, azadlığa buraxılan altı fəal İbrahım Rəşidi, Ruzbeh Səadəti, Əfşin Şahbazi, Mehrdad Kərəmi, Məhəmməd Əhədi və Davud Xudakərəmdir. Məhkəmənin qərarına əsasən onların hərəsi 200 milyon tümən (200 min dollar) məbləğində zəmanət ödəməklə həbsdən müvəqqəti olaraq azad edilib.

Təbriz Səsi veb saytı xəbəri Təbrizli sürgündə yaşayan ədliyyə vəkili, Nağı Məhmudiyə istinadən yayıb. Vəkili altı fəalın məhkəməsinin Təbrizin İnqilab məhkəməsinin birinci şöbəsində “Həmlibər” adlı hakimin başlığı ilə mayın 23-də çərşənbə günü bərpa olduğunu bildirib.

Onlara qarşı ölkənin təhlükəsizliyinə hədə yaratmaq və islam respublikası əleyhinə təbliğat aparmaq ittihamları irəli sürülmüşdür.

Fəalların beş ay əvvəl Təbriz, Ərdəbil və Miyana şəhərlərində tutulduğu və Şərqi Azərbaycanın Təbrizdəki ittilaat İdarəsinə gətirildiyi, onların ayrı-ayrı kameralarda saxlandığı və işgəncə verildiyini bildirilir.

Onların vəkil Cəfər bəy Əfşarniya təhlüskəsizlik qüvvələri tərəfindən məhbusların və onların ailələrinə qarşı təzyiqlərin artacağı ilə bağlı hədələrdən sonra o, fəalları müdafiə etməkdən imtina etmişdir.

Təbrizli ədliyyə vəkili Nağı Məhmudinin bildirdiyinə görə, məhbusların son mühakiməsi vəkilsiz geçirilmişdir.

XS
SM
MD
LG