Accessibility links

Rusiyada son günlər iki səs-küylü qətlin üstünün açılması suallar doğurur

  • Ulviyyə Əsədqızı

Rusiyada son günlər iki səs-küylü qətlin üstünün açılması suallar doğurur

Rusiyada son günlər iki səs-küylü qətlin üstünün açılması suallar doğurur

2006-cı ildə jurnalist Anna Politkovskayanı qətlə yetirdiyi irəli sürülən şəxsin saxlanması barədə rəsmi açıqlama bütün Rusiyada manşet xəbərə çevrildi. Polis elan etdi ki, jurnalisti 36 yaşlı çeçen əsilli Rüstəm Mahmudov öldürüb.

Rəsmi Kreml üçün bir jurnalistin qatilini həbs eləmək nadir hadisə sayılır. Təcrübə göstərir ki, adətən qatilləri həbs etsələr də sonda çox vaxt azadlığa buraxırlar. Amma son günlər iki səs-küylü qətlin üstünün açılması suallar doğurur: görəsən, Kreml nəhayət ki, islahatlar aparır, yoxsa, gələn ilki prezident seçkisi öncəsi siyasi manevr edir.

2006-cı ildə jurnalist Anna Politkovskayanı qətlə yetirdiyi irəli sürülən şəxsin saxlanması barədə rəsmi açıqlama bütün Rusiyada manşet xəbərə çevrildi. Polis elan etdi ki, jurnalisti 36 yaşlı çeçen əsilli Rüstəm Mahmudov öldürüb.

“Novaya qazeta”nın müxbiri Anna Politkovskaya əsasən Çeçenistan müharibəsi haqda yazırdı və Kremlin kəskin tənqidçisi kimi tanınırdı.

Politkovskayanın keçmiş həmkarı, “Novaya qazeta”dan Sergey Sokolov qatilin saxlanmasına münasibət bildirib, deyib ki, bu cinayət işi üzrə irəliləyiş deməkdir, amma açıqlamanın vaxdı maraqlıdır.

Rusiya mətbuatının yazdığına görə, Sokolov deyib ki, onu bir məqam maraqlandırır: necə olub ki, şübhəli şəxsin adı beynəlxalq axtarış siyahısında ola-ola o, Rusiyanı tərk edib, sonra da maneəsiz geri qayıda bilib.

Sokolovun öz qəzeti qətli müstəqil şəkildə araşdırıb və bu işdə Rusiya Təhlükəsizlik Xidmətini günahlandırıb.

Politkovskayanın oğlu İlya deyir ki, hökumət gərək hələ çox iş görsün ki, Rusiyanı Politkovskayanın qətlinin siyasi motivli cinayət olmadığına inandırsın. İlya deyir ki, “Hələlik qətldə şübhəli bilinmiş şəxsin cinayətinin sübut olunmasına qədər gözləmək lazımdır. Amma bu da kifayət etməyəcək. Biz bilməliyik ki, anamın qətlinin sifarişçisi kim olub”,- deyə, İlya bildirib.

Politkovskayanın qatili olduğu irəli sürülən şəxsin həbsi bu sahədə yeqanə hadisə deyil. Elə bundan bir neçə həftə əvvəl məhkəmə “Novaya Gazeta”nın müxbiri və insan hüquqları fəalının qətli ilə əlaqədar bir rus millətçisinə ömürlük iş kəsib.

Moskvada Human Rights Watch təşkilatından Anna Sevortian deyib: “Son günlər Rusiyada çoxlu təsadüflər baş verir. Seçkilər yaxınlaşdıqca Rusiyanın siyasi həyatı ilə bağlı güclü informasiya axını gözləyə bilərik.”

Kreml özünün siyasi məqsədlərlə hərəkət etməsi barədə ittihamları rədd edir. Rəsmilər davamlı olaraq iddia edirlər ki, onlar qətlə yetirilmiş jurnalistlərlə bağlı cinayət işlərinin üstünü açmaqda maraqlıdır və sonuncu həbslər də buna sübutdur.

Yeni Avrasiya Fondunun əməkdaşı Andrey Kortunov deyir ki, Rusiya jurnalistlərin qatillərini hətta seçki öncəsi xal qazanmaq üçün tapıb üzə çıxarsa belə, bu, özlüyündə müsbət haldır. Kortunov hesab edir ki, Rusiya yeni siyasi mövsümə qədəm qoyur və ola bilsin ki, Kreml jurnalistlərlə bağlı tənqidləri nəzərə aldı.

Xatırladaq ki, keçmiş Sovet ölkələrində hələ ki, 16 jurnalistin qətlinin üstü açılmayıb.

XS
SM
MD
LG