Accessibility links

Azyaşlı qızları erkən nikaha məcbur edən nədir? [Video]


Azyaşlı qızları erkən nikaha məcbur edən nədir?
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Azyaşlı qızları erkən evliliyə məcbur edən nədir?

İnkişaf etməkdə olan ölkələrdə hər üç qızdan biri 18, hər doqquzundan biri isə 15 yaşına çatmamış evləndirilir

Bu yaxınlarda 17 yaşlı çeçen qızın özündən 30 yaş böyük və evli yerli polis rəisi ilə ailə həyatı qurması Rusiya və digər yerlərdə etirazlara səbəb olub. Gəlinin evlənməyə məcbur edildiyi, valideyinlərinin isə razılıq vermək üçün təzyiqlərə üzləşdikləri bildirilir.

Çeçenistanın lideri Ramzan Kadırovun dəstəklədiyi evlilik inkişaf etməkdə olan ölkələrdəki azyaşlı qızların evləndirilməsi problemini diqqət mərkəzinə çəkib. Amerikanın Səsinin əməkdaşı Zlatika Hope bu əməlin arxasında yoxsulluq, cəhalət və qorxunun dayandığını deyir.

Biz indi dərk edirik ki, bunun qarşısını almaq üçün daha çox proqram təşkil etməsək, 2050-ci ilədək 1,2 milyard qız ailə qurmağa vadar ediləcək

Rusiya qanunları zorakı, azyaşlı və çoxarvadlı evlilikləri qadağan edir. Amma Rusiyanın ucqar Qafqaz regionunda qəbilə qanunları və ənənələri dövlət qanunlarından daha çox əhəmiyyət daşıyır. Ona görə də ötən şənbə günü 47 yaşlı Najud Quçiqov 17 yaşlı qızla evlənə bilib.

Çeçenistan lideri Ramzan Kadırov toyda iştirak edib və onun köməkçilərindən biri mərasim boyunca gəlinin yandında olub. Polis bu mübahisəli toyu araşdıran rusiyalı jurnalistə uzaq durmaq barədə xəbərdarlıq edib.

Azyaşlıların ailə qurmasını qadağan edən qanunlara baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə hər üç qızdan biri 18, hər doqquzundan biri isə 15 yaşına çatmamış evləndirilir. Bu problem bu həftə Mərakəşdə keçirilən simpoziumda müzakirə olunub.

“Biz indi dərk edirik ki, bunun qarşısını almaq üçün daha çox proqram təşkil etməsək, 2050-ci ilədək 1,2 milyard qız ailə qurmağa vadar ediləcək," deyə Lakşmi Sundaram bildirir.

Bu problemin ən çox yaşandığı ölkələr sırasına Banqladeş, Hinidstan və Niger daxildir ki, orada hər dörd qızdan üçü 18 yaşından əvvəl evlənir. Bunun əsas səbələri isə yoxsulluq və cinsi bərabərsizlikdir .Əksər hallarda bu kimi evliliklər qızın valideyinləri tərəfindən təşkil olunur.

“Biz birinci bu mərhələdə müdaxilə etməliyik. İkinci mərhələ cəmiyyətin bu təhlükələri dərk etməsidir,” deyə Sidiku Musa bildirir.

Hindistandakı bu 14 yaşlı qız məktəbinin direktoruna bildirməklə valideyinlərinin onun üçün təşkil etdikləri evlilikdən yayına bilib.

“Bu gün mənim toyum olmalı idi. Mən evlənməyəcəm. Mən oxumaq istəyirəm,” deyə Duli Hembram bildirir.

Ekspertlər deyir ki, bu ölkələrin hökümətləri qızları təhsil sitemində saxlamaq və onları zorakılıqdan müdafiə etmək üçün əllərindən gələni etməlidirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG