Accessibility links

BƏƏ: İran bölgədəki siyasətinə yenidən baxmalıdır


BƏƏ: İran bölgədəki siyasətinə yenidən baxmalıdır
BƏƏ: İran bölgədəki siyasətinə yenidən baxmalıdır

Birləşmiş Ərəb Əmirlikləri İranı ərəb qonşularının işinə qarışmaqdan əl çəkməyə çağırıb.

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla Bin Zayid Al-Nəhyan aprelin 20-də İrandan bölgədəki siyasətinə yenidən baxmağı tələb edib.

“Media forum” saytının məlumatına görə, nazir deyib ki, İran ərəb qonşularının işinə qarışmaqdan əl çəkməlidir. “İran özünün bölgədəki siyasətinə yenidən baxmalı, Fars körfəzindəki ərəb ölkələrinin birliyinə hörmətlə yanaşmalıdır”.

Fevralda Bəhreyn Krallığında hökumətə qarşı aksiyalar keçiriləndən və martın 15-də Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan ediləndən sonra İranla ərəb ölkələri arasında diplomatik gərginlik artıb. Çünki, fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri ilə yanaşı Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları da gerçəkləşdirməyə başlayıb. İran tərəfi Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyib. Səudiyyə Ərəbistanı hazırda Fars Körfəzi Əməkdaşlıq Şurasına sədrlik edir.

XS
SM
MD
LG