Accessibility links

Baş məqalə: İraq özünü-idarəçiliyə doğru gedir


2009-cu il fevralın 27-də Birləşmiş Ştatlar prezidenti Barak Obama 2010-cu ilin avqustun sonlarında İraqdakı Amerikanın döyüşlərdə iştirak etməyən hərbi qüvvələrini və 2011-ci ilin dekabr ayında isə Amerikanın bütün hərbi qüvvələrinin İraqdan çıxarılması barədə planını açıqlamışdı: “Birləşmiş Ştatlar İraq müharibəsinə son qoymaq üçün bütün məsuliyyəti iraqlılara tapşırmaq strategiyasını yürüdəcək. Bu strategiyanın mənbəyi aydındır. O, Amerika və İraq xalqının məqsədini paylaşır. İraq suveren, sabit və özünü idarə edəcək bir dövlət olmalıdır”.

Birləşmiş Ştatlar bu məqsədə çatmaq üçün iraqlılarla birlikdə işləyəcək. Sabitliyə nail olmaq üçün təhlükəsizlik gərəkdir. Buna görə də, Birəşmiş Ştatlar 2004-cu ildən İraqda milli ordu batalyonlarına təlimlər verir. Artıq 3 İraq batalyonuna təlim verilib. İraq ordusu yaraqlılara qarşı vuruşur.

Təhlükəsizlik yaxşılaşdıqca, Birləşmiş Ştatlar İraq hökuməti ilə birlikdə mülki polis proqramı üzərində işləyir. Bu proqrama əsasən mülki polis zabitlərinin yüksək rütbəli zabitinə strategiya planı, idarəetmə, büdcə, təhqiqat və korrupsiyaya qarşı mübarizə aparmaq kimi sahələrdə təlim veriləcək. Birləşmiş Ştatlar həmçinin İraq hökumətinə ədliyyə sisteminin gücləndirilməsində yardım edəcək.

2011-ci ilin oktyabrın 1-dən başlayaraq Amerika hərbi qüvvələri tədricən İraqdan çıxarılacaq. Polis təlimlərinin həyata keçirilməsi İraq hökuməti və Birləşmiş Ştatlar Dövlət Departamentinə tapşırılacaq.

Lakin ən mühüm məsələ iraqlıların dünya ictimaiyyətinin hörmətinə layiq olan sabit dövlət təşkil etməsidir. Bu yaxınlarda ümummilli seçkilər keçirilmişdi. Seçkilərdə iki böyük siyasi partiya - İraqiyyə və Qanuni Dövlət bloku çox səs əldə edib. Lakin onların heç biri lazım olan 163 yer qazana bilməyib.

Birləşmiş Ştatlar Dövlət Katibi xanım Hillari Klinton yazılı bəyanatda qeyd edib ki, Birləşmiş Ştatlar seçkilərdə heç bir partiya və namizədi dəstəkləməyib. Birləşmiş Ştatlar İraq liderlərini fikir ayrılıqlarına son qoymağa, İraq xalqının cəsarətlə səs verməsinə hörmət etməyə, tez bir zamanda hökumət təşkil etməyə, İraq xalqının və onların arzularını yerinə yetirməyə güclü, müstəqil və demokratik İraq hökumətini təşkil etməyə səsləyib.

XS
SM
MD
LG