Accessibility links

Baş məqalə-ABŞ dövlət katibinin Azərbaycana səfəri

Baş məqalə-ABŞ dövlət katibinin Azərbaycana səfəri
Baş məqalə-ABŞ dövlət katibinin Azərbaycana səfəri

Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında münasibətlər dərin, vacib və davamlıdır. Bu, ABŞ dövlət katibi Hillari Klintonun sözləridir.İyul ayının 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda keçirilən birgə mətbuat konfransında xanım Klinton deyib ki, iki ölkə ticarət, kommersiya, təhsil mübadiləsi daxil edilməklə, mədəni əlaqələr və təhlükəsizlik əməkdaşlığı sahələrində sıx əlaqələrə mailkdir.

“Bizim əsgərlər Kosovo, İraq və Əfqanıstanda çiyin-çiyinə dayanır. Biz hökumət və xalqın fədakarlığını yüksək qiymətləndirir və mühüm missiyanı davam etdiririk”-deyə Hillari Klinton bildirib. Tərəfdaşlığın dərinləşdirilməsi ABŞ dövlət katibinin Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etdiyi məsələlər sırasında olub. Hillari Klinton deyib ki, biz regional suverenlik, təhlükəsizlik, rifah halının yaxşılaşdırılması kimi ortaq maraqları bölüşür, zorakı ekstremizm kimi qlobal problemlərin həllində birgə çalışır, ekoloji sabitlik şəraitində enerji ehtiyatlarının təminatını həyata keçiririk.

Azərbaycan prezidenti İlham Əliyev və ABŞ-ın dövlət katibi Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun fəaliyyətləri kimi məsələri də müzakirə edib. Hillari Klinton deyib ki, Amerika qüvvələrdən istifadə edilməməsi və ya gücdən istifadəyə dair təhdidlərə yol verilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və əhalinin öz müqəddaratını həll etməsini nəzərdə tutan Helsinki prinsiplərinə əsasən münaqişənin sülh yolu ilə nizamlanmasına dair öhdəliyinə sadiq qalır.”Prezident Obama Böyük Səkkizlərin sammiti zamanı Rusiya və Fransa prezidentlərini öz öhdəliyinə sadiq qalacağında əmin edib”-deyə o bildirib. Xanım Klinton deyib ki, prezident Əliyevlə görüş zamanı o da bu öhdəliklərə əməl ediləcəyini bir daha diqqətə çatdırıb. ABŞ dövlət başçısı bildirib ki, biz Ermənsitan və Azərbaycanın davamlı sülh əldə etməsinə yardım etməyə həmişə hazırıq.

Azərbaycanın vətəndaş cəmiyyətləri və gənclərin liderləri ilə görüşlərində Hillari Klinton Amerikanın 234 illik tarixində demokratik təsisatlar yaradılması və vətəndaşların fundamental hüquqlarla təmin edilməsi sahələrində bir sıra ciddi problemlərlə qaşılaşdığını vurğulayıb. O deyib ki, Azərbaycan nəzərəçarpacaq irəliləyişlər əldə edib və indi də bu iqtiqamətdə işini davam etdirir. “Demokratiya yalnız seçkilər deyil, Bu, azad mətbuat, müstəqil məhkəmə sistemi, şəffaf və etibarlı təsisitlar və rəhbərlər deməkdir”-deyə bildirib. ABŞ dövlət katibi deyib ki, demokratiya yeni texnologiyalara doğru yol, sosial medianın demokratik dialoqu çiçəkləndirməsi deməkdir. Amerika Birləşmiş Ştatları region və dünya miqyaslı problemlərin həllində Azərbaycanla tərəfdaşlıq siyasətini davam etdərəcək.

XS
SM
MD
LG