Accessibility links

Baş məqalə: İran hüquqlar və yanlışlıqlar

İran liderləri xalqın insan hüquqlarını pozmaqda davam edirlər. Keçən iyunda mübahisəli prezident seçkilərindən sonra, onlarla iranlı jurnalist, yazıçı, bloggerlər hələ də həbsdədir. Jurlalistləri Müdafiə Komitəsi, Beynəlxalq Qələm Klubu və Fridom Haus daxil olmaqla 16 beynəlxalq qurumun müraciətini 3500-dən çox yazıçı, jurnalist və azad mətbuat liderləri imzalamışdır. Sənəd İran rejimini həbs etdiyi adamları azad etməyə səsləyib.

İranda ədalətsiz həbs olunanlar təkcə jurnalistlər deyil. Bir aydan artıqdır ki, kino rejissor Cəfər Pənahi Evin həbsxanasındadır.

Tələbə fəallar da rejimin qadağalardan əzab çəkirlər. Onlardan iksi tanınmış tələbə təşkilatının və vahid konstitusiya idarəsnin üzvüdür. Onlardan biri Bahareh Hidayətdir. Onu ötən dekabrda həbs ediblər. Xanım Bahareh tutulduqdan bəri Evin həbsxanasında saxlanılır. Onu milli təhlükəsizliyə qarşı mübarizə aparmaqda, ali dini lideri təhqir etməkdə və xarici mətbuat orqanlarında danışmaqda ittiham ediblər. Bu yaxınlarda Avropa tələbə təşkilatı onu nadir cəsarət göstərməkdə və tələbələrin söz və ifadə azadlığını müdafiə etdiyinə görə mükafata layiq görüb. Başqa tələbə fəal Milad Əsədidir. Onu da 4 aydan bəri Evin həbsxanasında saxlayırlar. Beynəlxalq ümum əfv təşkilatı onu vicdan məhbusu adlandırıb. Onu ifadə, toplaşma və cəmiyət azadlığı tələb etdiyinə görə həbs ediblər.

Prezident Barak Obama Novruz bayramı münasibətilə İran liderlərini və xalqını təbrik etdiyi məktubunda qeyd etmişdi ki, İran hökuməti ilk olaraq Birləşmiş Ştatların bu son ildən açılmış əlinə cavab olaraq yumruğunu bükməməlidir, İran xalqının səylərinə də yumruğunu bükməməlidir. Cənab Obama deyib ki, Birləşmiş Ştatlar universal hüquqlara daxil olan insan hüquqlarını dəstəkləmək üçün üzərinə öhdəliklər götürüb. Prezident Obama deyib ki, İran xalqı universal hüquqlardan bəhrənələcək günü və qorxusuz öz fikrini bəyan etməsini görməyi arzu edir.

XS
SM
MD
LG