Accessibility links

Baş Nazir Ərdoğan prezident Sarkisyanla görüşdü


Baş Nazir Ərdoğan prezident Sarkisyanla görüşdü
Baş Nazir Ərdoğan prezident Sarkisyanla görüşdü

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Türk redaksiyasının müxbiri Alparslan Əsmər Azərbaycan redaksiyasına bildirdi ki, bir saatdan artıq çəkən özəl görüşün nəticələri haqda açıqlama verilməyib.

Bu gün bir qədər sonra Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ prezidenti Barak Obama ilə də görüşü gözlənilir.

Amerikadakı erməni lobbisinin president Serj Sarkisyana təzyiq göstərdiyi bildirilir. Amerika Erməni Milli Komitəsinin yaydığı açıq məktubda prezident Serj Sarkisyandan prezident Obamaya "soyqırım" kəlməsini işlətməsi üçün təzyiq göstərməsi istənilir.

Bunun əsas məqsədi aprelin 24-ü 1915-ci il hadisələrinin ildönümünü qeyd edildiyi zaman prezident Obamanın çıxışı zamanı “soyqırım” kəlməsini işlətməsinə nail olmaqdır.

Erməni lobbisinin iddialarına əsasən, Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün imzalanan sənədlərdən manipulyasiya məqsədi ilə istifadə edir.

Sabah baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident Barak Obama ilə görüşü gözlənilir. Görüş zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və ABŞ-Türkiyə münasibətləri müzakirə ediləcək.

XS
SM
MD
LG