Accessibility links

Babək Çələbiyanlı: ‘İranda türklər hakimiyyətdədir’ ifadəsi propaqandadır [Audio-Müsahibə]


Babək Çələbiyanlı
Babək Çələbiyanlı

Azərbaycan Milli Dirəniş Təşkilatı İranın ali hakimiyyət orqanlarında türklərin say və nüfuzu ilə bağlı “İran İslam Respublikası rejimində türklərin payı” adlı bir araşdırma yayımlayıb. 43 səhifəlik hesabatı hazırlayan Babək Çələbiyanlı Amerikanın Səsi ilə söhbətdə araşdırmanın nəticələrinə istinad edərək toplumun böyük bir hissəsində ümumi olaraq qəbul edilən “İranda türklər hakimiyyətdədir” ifadəsinin doğru olmadığını vurğulayır.

Babək Çələbiyanlı İran hökumətində türklərin rolunun şişirdildiyini deyir
please wait

No media source currently available

0:00 0:18:49 0:00

“İranda belə bir düşüncə var ki, hakimiyyətdə yüksək rütbəli insanların çoxu Azərbaycandan, yəni türklərdir... Qeyri-rəsmi statistikalara görə, İran əhalisinin 40 faizini türklər təşkil edir. Bu düşüncə doğru olsa, yüksək rütbəli hakimiyyət rəsmiləri arasında da türklərin sayı 40 faiz ya ən azı üçdən bir olmalıdır,” deyə Çələbiyanlı söyləyir.

Sadəcə şiələr bu yüksək mövqelərə gələ bilir. Əsas şərt şiə olmaqdır, sonra isə rəsmi kimlik anlayışını qəbul etmək.

İki ay müddətində hazırladığı hesabata əsasən İran İslam Respublikasının ali hakimiyyət orqanlarında türklərin nüfuzunun təqribən 10 faiz olduğunu bildirən Çələbiyanlı “İranda türklər hakimiyyətdədir” ifadəsinin sadəcə propaqanda olduğunu deyir.

"Araz News" saytında nəşr edilən bu hesabatda 1979-cu il İslam İnqilabından sonra ali ruhani liderlər, prezidentlər, Nəzarət Şurası üzvləri, Məsləhətçilər Şurası üzvləri, Xübrələr (Ekspertlər) Məclisi başqanları, parlament başqanları, Silahlı Qüvvələrin Birgə Qərargah komandirləri olaraq vəzifədə olan yüksək rütbəli dövlət rəsmilərinin siyahısı və onların etnik mənsubiyyəti açıqlanıb.

İranda siyasi elitanın türklərdən ibarət olması mifdir.
İranda siyasi elitanın türklərdən ibarət olması mifdir.

Çələbiyanlının dediklərinə görə, ali dövlət orqanları və ordunun başında olan türklərin sayı İnqilabdan sonra getdikcə azalıb:

“İnqilabın ilk illərində yüksək rütbəli türklərin sayı əhalisinə görə deyil, amma hazırkı duruma görə daha çox olub. Türklərin sayı get-gedə azalıb. Misal üçün Bənisədrin prezident olduğu dönəm nazirlər kabinetində türklərin sayı 39 faiz olub. Ondan sonra isə türklərin kabinetlərdə nüfuzunu 13, 17, 9, 22 və 7 faiz kimi görürük.”

İranda belə bir düşüncə vardır ki, hakimiyyətdə yüksək rütbəli insanların çoxu Azərbaycandan yəni türklərdir... Bu düşüncə doğru olsa, yüksək rütbəli hakimiyyət rəsmiləri arasında da türklərin sayı 40 faiz ya ən azı üçdən bir olmalıdır

Çələbiyanlı bu araşdırmada həmin rəsmilərin siyasi düşüncəsi deyil sadəcə onların etnik mənsubiyyətinin nəzərə alındığını vurğulayır.

“Əlbəttə İranda sadəcə sistemi qəbul edənlər yüksələ bilər. İranda təriflənmiş rəsmi kimlikdən xaric olanlar hər hansı bir mövqeyə çata bilməz. Ayrıca, sadəcə şiələr bu yüksək mövqelərə gələ bilir. Əsas şərt şiə olmaqdır, sonra isə rəsmi kimlik anlayışını qəbul etmək,” deyə o əlavə edir.

Amerikanın Səsinə daha əvvəl müsahibə verən araşdırmaçı yazar Əlirza Ərdəbilli, xüsusilə Azərbaycan vilayətlərində yaşayan türklərin İranın siyasi elita təbəqəsindən çıxarılma prosesinin Pəhləvi rejiminin iqtidara gəldiyi dönəmdən başladığını söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG