Accessibility links

“Azərbaycan Avropanın enerji təchizatına önəmli töhfələr verir”


“Azərbaycan Avropanın enerji təchizatına önəmli töhfələr verir”

“Azərbaycan Avropanın enerji təchizatına önəmli töhfələr verir”

ABŞ və Britaniya səfirliyi neft-qaz sərgisi ilə bağlı qəbul təşkil edib

Mayın 3-də Bakıda keçirilən 21-ci Beynəlxalq Neft və Qaz Sərgisi ilə bağlı ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri ənənəvi birgə qəbul təşkil edib. Bu səfirliklərin təşkil etdiyi 19-cu qəbul idi.

Qəbulda hökumət rəsmiləri, diplomatik missiyaların təmsilçiləri, vətəndaş cəmiyyətlərinin nümayəndələri, ictimai xadimlər, media rəhbərləri iştirak edib.

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, artıq Azərbaycan enerji hasilatçıları arasında önəmli yer tutur, Bakı-Tbilisi-Ceyhan kəməri işə salınması neftin dünya bazarına çıxarılmasında mühüm rol oynayıb. “Hazırda Cənub Qaz Dəhlizinin inşasının həyata keçirilməsi prosesini izləyirik. Bundan sonra Azərbaycan Avropanın əsas enerji təchizatçısına çevriləcək"

Morninqstarın fikrincə ötən illər ərzində ABŞ-ın regionda enerji siyasəti ardıcıl olub.

“İlk olaraq bizim məqsədimiz Azərbaycanın müstəqil və güclü dövlət olması üçün enerji resurslarının işlənməsində ona kömək etməkdir. Güclü və stabil Azərbaycan regional sabitliyə, eyni zamanda dünya, regional və Avropa miqyasında enerji təchizatına önəmli töhfələr verir. İkincisi, biz istəmişik ki, Azərbaycan dünya enerji təchizatının şaxələndirilməsinə öz töhfəsini versin və bu hamı üçün faydalıdır. Bildiyiniz kimi, 20 il ərzində bu məqsədlər istiqamətində böyük irəliləyiş əldə olunub. İndi dünyanın enerji təchizatında Azərbaycanın önəmli rolunu heç kim dana bilməz", o qeyd edib.

Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri deyib ki, Böyük Britaniya Azərbaycanda ən böyük sərmayədarlardandır. “Bu gün Böyük Britaniyanın BP kimi nəhəng şirkəti ilə yanaşı 300 başqa şirkətləri də çalışır. Britaniya şirkətlərində 4000 azərbaycanlı işləyir”, o qeyd edib.

O iki ölkənin əlaqələrində Şahdəniz-2 və TANAP layihələrinin mühüm rolunu qeyd edib.
XS
SM
MD
LG