Accessibility links

Bağdad və Mosul şəhərinin xristian sakinləri evlərini tərk edir

  • Amerikanın səsi

Bağdad və Mosul şəhərinin xristian sakinləri evlərini tərk edir

Bağdad və Mosul şəhərinin xristian sakinləri evlərini tərk edir

BMT-nin Qacqınlar Agentliyinin bildirdiyinə görə, oktyabr ayı hücumundan sonra Bağdad və Mosul şəhərinin xristian sakinləri evlərini tərk edir. Noyabr ayında 1000-dən artıq ailə İraqın Kürdüstan regionunda məskunlaşıb.Agentliyin sözçüsü Melissa Flemingin dediyinə görə, insanları evlərini tərk etməyə təhdidlər məcbur edir. Qurumun Suriya,İordaniya və Livandakı ofisləri onlara müraciət edən İraq xristianlarının sayının artdığını bildirir. Oktyabr ayının 31-də Əl-Qaidə yaraqlıları xristian kilsəsinə hücum edərək, 100-dən artıq adamı girov götürmüşdü. İraqın təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı çoxsaylı insan həlak olmuşdu. Onlar arasında 46 nəfər xristian ibadətçi olub.

XS
SM
MD
LG