Accessibility links

Bağdadda baş verən hücum zamanı azı 12 nəfər yaralanıb


Bağdadda baş verən hücum zamanı azı 12 nəfər yaralanıb
Bağdadda baş verən hücum zamanı azı 12 nəfər yaralanıb

Əl-Qidə ilə əlaqədar İraq İslam Dövlət qrupu hadisənin məsuliyyətini üzərinə götürüb

İraqlılar dünən xristian azlıqların yaşadığı evləri hədəf alan silsilə partlayışların iki qurbanı üçün dəfn mərasimi keçiriblər. İraq rəsmiləri Bağdadda baş verən hücum zamanı azı 12 nəfərin yaralandığını bildiriblər. Partlayış əl-Qaidə ilə əlaqədar yaraqlıların Milad bayramı ərəfəsində İraqdakı xristianlılara qarşı hücumlar edəcəklərini bildirəndən sonra baş verib. Oktyabr ayında paytaxtda, xristian kilsəsinə hücum nəticəsində 58 nəfər həlak olandan sonra rəsmilər xristian kilsələrində təhlükəsizlik tədbirlərini gucləndiriblər. Əl-Qidə ilə əlaqədar “İraq İslam Dövləti” qrupu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Əl-Ərəbiyə televiziyası Bağdadın təhlükəsizlik üzrə rəisi general Qassam Məhəmməd Attaya istinadən kilsələrin ətrafında təhlükəsizlik tədbirlərinin gucləndirildiyini nəzərə alaraq yaraqlıların xristianların evlərini hədəf aldıqlarını bildirib.

XS
SM
MD
LG