Accessibility links

Bağdadda partlayış zamanı 15 nəfər yaralanıb.

Iraq rəsmiləri bildirir ki, Bağdadda partlayış zamanı 15 nəfər yaralanıb. Rəsmilər deyir ki, mərkəzi Bağdadın Allavi məhəlləsində yol kənarındakı bomba partlayışı 6 nəfərin yaralanmasına səbəb olub. Bağdadın İskan məhəlləsində partlayan digər bomba isə əlavə 4 nəfərin yaralanmasına səbəb olub.

Rəsmilər Cihad məhəlləsində üçüncü bombanın 3 nəfəri və qərbi Harisiya məhəlləsində dördüncü bombanın isə daha 2 nəfəri yaraladığını bildirib. Zorakılıqlar silahlanmış maskalı adamların qızıl dükanını qarət edərkən 14 nəfəri öldürdükdən 2 gün sonra vüsət alıb.

XS
SM
MD
LG