Accessibility links

İraqda şiələri hədəf alan partlayışlar nəticəsində 72 adamın həlak olduğu bildirilir


İraqda şiələri hədəf alan partlayışlar nəticəsində 72 adamın həlak olduğu bildirilir
İraqda şiələri hədəf alan partlayışlar nəticəsində 72 adamın həlak olduğu bildirilir

İraq rəsmiləri deyirlər ki, Bağdad və ölkənin başqa yerlərində şiə məhəllələrində baş verən bomba hücumları nəticəsində 72 adam həlak olmuş, yüzlərlə adam yaralanmışdır.

Partlayışlar ilk öncə Sədr qəsəbəsinin şimal hissəsində baş verib. Rəsmilər deyirlər ki, motosikletə qoyulmuş bomba yol kənarında iş axtarmaq üçün dayanmış fəhlələrin yaxınlığında partlayıb. Az sonra növbəti partlayış baş verib. Partlayışlar bu ərazidə 10 adamın həyatına son qoyub. Ölkədə şiələrin yaşadıqları yaşayış yerlərində onlara qarşı çoxlu bomba hücumları həyata keçirilib.

Bağdadın şimalındakı Kazimiyyə məhəlləsində baş vermiş qoşa partlayışlar nəticəsində isə 15 adam ölüb. Bağdaddakı partlayışlar nəticəsində ölənlərin sayının ən az 30 olduğu bildirilir.

İki həftə bundan öncə İraq paytaxtı boyunca baş vermiş silsilə partlayışlar 69 adamın həyatına son qoymuşdu.

XS
SM
MD
LG