Accessibility links

Məhəmməd Badi və onun iki müavininin məhkəməsi təxirə salınıb


Müsəlman Qardaşlarının ruhani rəhbəri Məhəmməd Badi və onun iki müavininin məhkəməsi başlandıqdan az sonra təxirə salınıb.

Rəsmilər nümayişlər zamanı yol verilən zorakılıqlara görə ittiham edilən bu 3 nəfərin məhkəmə zalına təhlükəsizlik səbəbindən gətirilmədiyini bildirib.

Məhkəmənin növbəti sessiyası oktyabrın 29-na təyin edilib.

Badi iyulun 3-də devrilən Məhəmməd Mursinin prezidentliyində əsas rol oynayan fiqur hesab edilir.

Eyni zamanda Misirin devrilmiş daha bir prezidenti Hüsnü Mübarək bu gün 2011-ci ildə nümayişçilərin öldürülməsi ittihamları ilə daha bir məhkəmə qarşısına çıxarılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG